Tərcümə Mərkəzindən rəsmi açıqlama: “Dəfələrlə müraciət etməyimizə baxmayaraq…”

19 Baxış

 

merkezi““Tərcümə Mərkəzinin kitabları” seriyasından olan nəşrlərin satışını həyata keçirmək üçün “Əli və Nino” kitab mağazasına müraciət etmişik. Əlaqə saxlamaq üçün elektron ünvan verdilər. Onlara dəfələrlə yazdıq, müraciət etdik, heç bir müraciətimizə cavab vermədilər”.

Bu sözləri Senet.az-a açıqlamasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbuat xidmətinin katibi Fərid Hüseyn deyib. O, dəfələrlə cəhd göstərməklərinə baxmayaraq, satış mərkəzi ilə əlaqə yarada bilmədiklərini qeyd edib: “Sonra yenə telefonla əlaqə saxladıq, bildirdilər ki, yenə həmin ünvana müraciət etmək lazımdır. Bir də müraciət etdik və heç bir cavab almadıq. Məlumat üçün deyim ki, Tərcümə Mərkəzi çap etdiyi kitablardan gəlir əldə etmək, hanısa nəşriyyatla rəqabət mühiti yaratmaq niyyətində deyil. Mərkəz nəşrlərini ölkə kitabxanalarına, ziyalılara, sırf maarifçilik məqsədi ilə heç bir təmənnasız göndərir, çatdırır. Mərkəzin məqsədi Azərbaycan dilində, eləcə də müxtəlif dillərdə ölkəmizin ədəbiyyat, mədəniyyət, Qarabağ həqiqətləri və s. vacib məsələlərlə bağlı elmi, ədəbi mənbələri çoxaltmaqdır. Yaxşı olar ki, bu ali missiyanın həyata keçirilməsində kitab mağazaları da öz töhfələrini versin”.

 

KÖŞƏ YAZARLARI
TOP 10