Tərcümə Mərkəzindən rəsmi açıqlama: “O, işinin öhdəsindən gələ bilmirdi”.

98 Baxış

yashareli Tərcümə Mərkəzinin mətbuat xidmətinin katibi Fərid Hüseyn tutduğu vəzifədən azad edilib.  Mərkəzin aparat rəhbəri Yaşar Əliyev məlumatı təsdiqləyib. O, Senet.az-a açıqlamasında Fərid Hüseynin işdən çıxma səbəbi ilə bağlı yayılan məlumatları cəfəngiyyat adlandırıb: “Fərid Hüseyn ərizə yazaraq işdən çıxıb. Saytlar yazır ki, guya onu yazılarına görə işdən çıxartmışıq. Bütün bunlar cəfəngiyyatdır. Saytlar qalmaqal yaradıb, reytinq qazanmaq istəyirlər. Özü də deyirlər ki, bir  neçə nəfər işdən çıxıb. Bu məlumat da doğru deyil. Yalnız Fərid Hüseyn öz ərizəsi ilə gedib. Digər işçilərimiz yerindədirlər. Guya deyirlər ki, Fərid Hüseyni Anar müəllim haqqında yazdığı yazıya görə çıxartmışıq. Bu doğru deyil ”. Yaşar Əliyev Fərid Hüseynin işinin öhdəsindən gələ bilmədiyini deyib: “Fərid Hüseyn işinin öhdəsindən gələ bilmirdi. Dəfələrlə bununla bağlı ona rəhbərlik tərəfindən irad tutulmuşdu. O özü də bu iradlarla razılaşdı, işini tam yerinə yetirə bilmədiyi üçün ərizəsini yazaraq işdən çıxdı”.

KÖŞƏ YAZARLARI
TOP 10