Tərcümə Mərkəzinin “Sirr”i Almaniyada təqdim edildi

4 Baxış

sirr

 

Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində ərsəyə gətirdiyi “Sirr” (Azərbaycan hekayələri) kitabı Frankfurt beynəlxalq kitab sərgisində təqdim edilib.

 

Tərcümə Mərkəzindən Senet.az-a bildirilib ki, 2018-ci ildə Berlində işıq üzü görmüş kitabda müasir Azərbaycan ədəbiyyatının Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Kamal Abdulla, Etimad Başkeçid, Orxan Fikrətoğlu kimi tanınmış simalarının hekayələri toplanıb.

 

Hekayələri alman dilinə alman və avstriyalı tərcüməçilər – Luts Engel, Helqa Pabl, Sena Doqan, Hilda Tanik, Marion Kubin-Semyonova, Valtraut və Volfram Şröderlər çevirib.

Bölmə : Sənət xəbər