Tərs və dəyişməz kafir — Cardano Bruno

52 Baxış

Monastr…sürgün…edam…

brunoBöyük İtaliya mütəfəkkiri Cordano Bruno 1548-ci ildə İtaliyanin kiçik bir şəhəri olan Nola şəhərində dünyaya göz açıb. Brunonun valideynləri onu yeniyetmə ikən Müqəddəs Dominiko Monastırına vermişdilər. Lakin Cordano hələ uşaq yaşlarından başlayaraq elmə böyük maraq göstərir, özünü ibadətə yox, elmə həsr edirdi…

Bruno monastır rəhbərliyindən gizlin Nikolay Kopernikin kitabını oxudu və başa düşdü ki, dini dünyagörüş yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Onun haqqında monastır başçılarına dayanmadan çuğulluq etməyə başladılar və Bruno monastırdan qaçmalı oldu. Sərgərdanlıq, təhlükə ilə dolu, lakin parlaq və qaynar həyat başlandı. Katolik və protestant ruhaniləri alimi rahat yaşamağa və işləməyə qoymurdular.

16 il ərzində o, Fransa, İngiltərə, Almaniya və Çexiyada olmuşdu. Bruno gözəl mühazirəçi və istedadlı yazıçı idi.Kopernik təlimini inkişaf etdirən Bruno göstərirdi ki, Kainatın hüdudu, ölçüsü və sonu yoxdur. Nəinki Yer, hətta Günəşin özü də dünyanın mərkəzi deyil. Kainat saysız-hesabsız ulduzlardan ibarətdir; onlardan hər biri bizdən uzaqda olan günəşdir. Bu günəşlərin hər birinin ətrafında öz planetləri fırlanır.

Vətən həsrətinə dözə bilməyən Bruno İtaliyaya qayıtdı. Burada o, xaincəsinə ələ verildi və kilsə məhkəməsinin pəncəsinə keçdi. Bruno, demək olar səkkiz il dəhşətli həbsxanalarda saxlanıldı. Lakin kilsə məhkəməsi nə işgəncə, nə də dilə tutmaqla onu öz baxışlarından döndərə bilmədi. Kilsə məhkəməsi alimi tonqalda yandırılmağa məhkum etdi.

1600-cü ildə Bruno yandırıldı. Onun edam olunduğu yerdə, Romanın Güllər meydanında sonralar alimə abidə ucaldıldı. Həmin abidənin üzərində bu sözlər həkk olunmuşdur: O, bütün xalqların fikir azadlığı uğrunda öz səsini ucaltmış və bu azadlıq yolunda da ölümə getmişdir.

 Bruno fəlsəfəsi

O, fəlsəfi baxışları ilə mistizmə meylli idi. Öz əsərlərində Bruno tez-tez Hermes Trismegistin adına istinad edirdi. Brunoyabruno2 Kopernikin təliminin böyük təsiri vardır, bu təlimi o, dini-fəlsəfi yanaşmadan və Platonun ideyalarının Marsilio Façino tərəfindən edilən tərcümələrindən özü üçün yeni kəşf etmiş kimi şərh edirdi. Brunonun düşüncələrinə Foma Akvinski, Averros(İbn Rüşd), Duns Skot və Nikolay Kuzanskinin də böyük təsiri olduğunu qeyd etmək lazımdır. Bruno öz fəlsəfəsində neoplatonizm ideyaları (xüsusən vahid başlanğıc və dünya ruhunun Kainatın hərəkətverici prinsipi olması haqqında təsəvvürlər – bunlar Brunonu hilozoizmə gətirmişdir) antik dövrün materialistləri və pifaqorçuların baxışlarının güclü təsir ilə kəsişirdi. Bruno Nikolay Kuzanskidən Allahın müsbət müəyyən edilməsinin qeyri-mümkünlüyü ideyasından yaranan “mənfi teologiya” ideyasını götürmüşdür. Bu ona imkan vermişdir ki, sxolastik aristotelizmə özünün panteistik təbiət fəlsəfəsini qarşı qoymağa imkan vermişdir. Bruno hesab edirdi ki, fəlsəfənin məqsədi təbiətdən üstün Allahın deyil, təbiətin anlanmasıdır ki, bu da “əşyalarda Allahdır”.

 

Varlığın əsas vahidi monaddır, bunun fəaliyyətində cismani və ruhi, subyekt və obyekt birləşirlər. Ən ali substansiya “monadların monadıdır”, və ya Allahdır; bir vahid kimi o, bütün tək şeylərdə üzə çıxır — “hər bir şeydə hər şey”. Brunonun bu ideyaları Yeni əsrin fəlsəfəsinin inkişafına müəyyən təsir göstərmişdir: vahid substansiyanın tək əşyalara münasibətdə ideyası Spinoza tərəfindən işlənib hazırlanmış, monadlar ideyası Leybnits tərəfindən, varlıq və vahidlik ideyaları və “ziddiyyətlərin üst-üstə düşməsi” dialektikada Şellinq və Hegel tərəfindən işlənib hazırlanırdı

Kopernikin heliosentrik nəzəriyyəsini və Nikolay Kuzanskinin fəlsəfəsini inkişaf etdirərkən Bruno bir neçə mülahizə irəli sürürdü: maddi göy sferalarının olmaması, Kainatın hüdudsuzluğu barədə, ulduzların ətrafında planetlərin fırlandığı uzaq günəşlər olması barədə, bizim Günəş sistemi daxilində o zamanlar naməlum planetlərin mövcudluğu barədə. Bruno Yer və göy arasında ziddiyyətin orta əsr təqdimatını rədd edirdi və dünyanın fiziki cəhətdə yekcins olmasını təkid edirdi ( cismin ibarət olduğu 5 element haqqında təlimi — yer, su, alov, hava və efir). O, digər planetlərdə həyatın mövcudluğunun mümkünlüyünü təxmin etmişdir. Bruno təbiət elmlərinə xas olan ideyalardan uzaq görünən dünyanın mistik anlamına meyli idi. Bruno Kopernikin təliminin təbliğatçısı deyil, onun aşkar etdiyi okkult sirlərinin təbliğatçısı idi. Bruno riyazi sintezi dini təlimə döndərdi, kainatı Lulliy, Fiçino və Piko kimi eyni terminlərdə, yəni sehrli kainat kimi nəzərdən keçirirdi. Filosofun məqsədi kainatı dəlib keçən görünməz qüvvələrdən istifadə hesab edilirdi, və bu qüvvələr açar isə Trismegistdə idi.

“…əzabkeş kimi ölürəm”

Giordano-Bruno9 fevralda inkvizisiya tribunalı öz hökmü ilə Brunonu “peşmançılığını etiraf etməmiş, tərs və dəyişməz kafir” kimi tanımışdır. Bruno ruhani addan məhrum olmuş və kilsədən qovulmuşdur. Onu Romanın qubernatorunun məhkəməsinə həvalə etmiş və onu “ən amansız cəzaya və qan axıtmamaqla” məruz qoymağı tapşırmışlar ki, bu da onu diri-diri yandırmaq demək idi.

Hökmə cavab olaraq Bruno hakimlərə demişdir: “Ola bilsin ki, siz bu hökmü mən onu qulaq asarkən keçirdiyim qorxu hissindən daha çox qorxu ilə elan edirsiniz”. Qeyri-dini məhkəmənin qərarı ilə 17 fevral 1600-ci ildə Brunonu Romada Güllər meydanında (italyanca Campo dei Fiori) diri-diri yandırdılar. Cəlladlar Brunonu edam yerinə ağzı bağlı gətirmiş, onu alovun mərkəzində olan tirə dəmir zəncirlə bağlamış və üzərindən də yaş kəndir bağlamışlar. Bu yaş kəndir alovun təsiri ilə quruduqca dartılır və onun bədəninə yeriyirdi. Brunonun son sözləri bu oldu:  “Mən könüllü şəkildə bir əzabkeş kimi ölürəm və bilirəm ki, mənin ruhum mənim son nəfəsimlə cənnətə qalxacaq”.

 

Hazırladı: Cəlil Cavanşir

KÖŞƏ YAZARLARI
TOP 10