“Təyyarə qanadında uçan ruh” kitabı təqdim olundu

75 Baxış

12068531_1223919250968028_7929300012714669215_oOktyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) Almaniyada yaşayan, yazıçı-publisist Əzimə Ağalarovanın “Təyyarə qanadında uçan ruh” adlı kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Əqidə Axundovanın təşkilatçılığı ilə baş tutan mərasimdə Adil Babayev yazıçının müəllimi olduğunu, tələbəlik illərində savadı, çalışqanlığı ilə seçilən tələbələrdən biri kimi həmişə xatırlandığını söyləyib.

Tədbirdə “Təyyarə qanadında uçan ruh” kitabında yazıçının Şərqlə Qərbin qarşılaşdırılması mövzusuna toxunulub.

Sonra tələbələrin suallarını cavablandıran yazıçı seçdiyi mövzuların tam təxəyyül məhsulu olduğunu söyləyib.

Qeyd edək ki, Əzimə Ağalarova “Gecələrdə gizli qaldım” və “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” kitablarının müəllifidir.

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10