Tərcümə Mərkəzinin layihəsi bağlandı

56 Baxış

tercumemerkeziAzərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi “Yeni söz” ədəbi yaradıcılıq müsabiqəsi ləğv olunub. Bu barədə Senet.az-a Mərkəzin mətbuat xidmətindən məlumat veriblər.

Müsabiqənin baş tutmamağına səbəb isə göndərilən əsərlərin sayının azlığı və nümunələrin müvafiq tələblərə cavab verməməsi olub.

Qeyd edək ki, “Yeni söz” müsabiqəsinə əsər qəbulu üçün son tarix dekabr ayında başa çatsa da, təşkilat komitəsinin qərarı ilə mart ayına qədər uzaldılmışdı.

Bölmə : Sənət xəbər