“Tamahlar”ın ardınca “Xanım və Xuliqan”…

7 Baxış

tama

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi bir gündə iki səhnə əsəri ilə baletsevərlərin görüşünə gələcək.

Teatrdan Senet.az-a bildirilib ki, əvvəlcə sənət ocağının səhnəsində Sergey Prokofyevin “Tamahlar” birpərdəli baleti təqdim olunub. Baletin quruluşçu baletmeysteri fransalı xoreoqraf Allen Amberdir.

Səhnə əsərində aparıcı solistlər Gülağası Mirzəyev, Makar Ferştadnt, Nigar İbrahimova, Elmira Süleymanova, Ayan Eyvazova, Timur Oduşev, Faiq Qubadov, Leyla Narimanidze və Dilarə Mehdiyeva iştirak edib.

Bundan başqa, teatrın səhnəsində Dmitri Şostakoviçin “Xanım və Xuliqan” birpərdəli baleti izlənilib. Quruluşçu baletmeysteri Sergey Moxnaçev olan baletdə Xanım obrazını Cəmilə Kərimova, Xuliqanı isə Anar Mikayılov canlandırıb.

Xronometrajları 35 dəqiqə olan hər iki səhnə əsəri Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə olunub. Aktyorların məharətli çıxışı səhnə əsərlərini daha baxımlı edib, hər iki balet maraqla qarşılanıb.

 

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10