Şairə Zivər Ağayeva vəfat edib. Bu barədə Senet.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.
Şairə ilə vida mərasimi Bilgəhdə keçiriləcək. Mərhum bu gün Bilgəh qəbiristanlığında dəfn olunacaq.
Zivər Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində dəmiryolçu ailəsində anadan oluv. İbtidai və orta təhsilini Hacıqabulda alıb. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirib. “Azərbaycan qadını” jurnalında işləyib.
ALLAH RƏHMƏT ETSİN!!!