İnstitutdan Senet.az saytına verilən məlumata görə, müsabiqə Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar yaradıcılığını Azərbaycan oxucusuna daha yaxından tanıtmaq məqsədiylə həyata keçirilir.
Yarışmaya Tanpınarın yaradıcılığı haqda 7000 işarədən başlayıb,10000-dən artıq olmayan, Times New Roman şrifti ilə yazılmış esselər qəbul olunacaq.
E-mail: tanpinarbaku@gmail.com
Müsabiqəyə esse göndərən müəlliflərdən həmçinin;
* tərcümeyi-hal,
* e-mail ünvanı,
* əlaqə nömrəsi tələb olunur.
Yarışmada iştirak üçün yaş məhdudiyyəti yoxdur.
Məraciət üçün son tarix: 15 noyabr 2016-cı il
Müsabiqədə yarışan esselər Türkiyənin və Azərbaycanın tanınmış yazıçıları tərəfindən dəyərləndiriləcək. Yarışmanın nəticələri 15 dekabr 2016-cı ildə Bakı Dövlət Universitetində keçiriləcək konfransda elan olunacaq.
İnstitut esseləri qalib elan olunacaq 5 müəllif üçün mükafat olaraqTürkiyənin 5 şəhərinə 5 günlük səyahət paketi təsis edib.
(Səyahət 2017-ci ilin may ayında baş tutacaq)