“Tanpınarı kəşf edirəm” esse yarışması

34 Baxış

yunus elanİnstitutdan Senet.az saytına verilən məlumata görə, müsabiqə Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar yaradıcılığını Azərbaycan oxucusuna daha yaxından tanıtmaq məqsədiylə həyata keçirilir.

Yarışmaya Tanpınarın yaradıcılığı haqda 7000 işarədən başlayıb,10000-dən artıq olmayan, Times New Roman şrifti ilə yazılmış esselər qəbul olunacaq.

E-mail: tanpinarbaku@gmail.com
Müsabiqəyə esse göndərən müəlliflərdən həmçinin;
* tərcümeyi-hal,
* e-mail ünvanı,
* əlaqə nömrəsi
 tələb olunur.
Yarışmada iştirak üçün yaş məhdudiyyəti yoxdur.

Məraciət üçün son tarix: 15 noyabr 2016-cı il

Müsabiqədə yarışan esselər Türkiyənin və Azərbaycanın tanınmış yazıçıları tərəfindən dəyərləndiriləcək. Yarışmanın nəticələri 15 dekabr 2016-cı ildə Bakı Dövlət Universitetində keçiriləcək konfransda elan olunacaq.
İnstitut esseləri qalib elan olunacaq 5 müəllif üçün mükafat olaraqTürkiyənin 5 şəhərinə 5 günlük səyahət paketi təsis edib.

(Səyahət 2017-ci ilin may ayında baş tutacaq)

Bölmə : Manşet, Ədəbiyyat