Die Gottesformel

248 Baxış

IMG_1211Elnur Sadıqov

 

“Rab mahirdir ama zalim değildir.Doğa sırlarını sinsiliğinden değil özündeki yüceliğinden dolayı saklar” Albert Einstein.

Tanrının varlığı insan üçün daima bilinməz bir sirr olmuşdur. Varlıq baxışını müdafiə edən ən əsas cəhət, hətta yeganə  faktor təktanrılı dinlərdir. Tək Tanrıya inan dinlər özlərindən başqa hər kəsə qarşı Tanrının mövcud olduğunu, maddənin və kainatın yaradılmış olduğunu müdafiə edirdilər.

Ateizim allah(lar)ın varlığına inanmayan, allah(lar)ın varlığını bəyan edən dini təlim(lər)i rədd edən elmi-fəlsəfi mövqedir. Ateizm bütövlükdə hər hansı  bir qeyri və fövqəltəbii qüvvənin mövcudluğunu inkar etməkdir.

Deizm - Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını etiraf edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra orada baş verən hadisələrə qarışmayıb. Digər qisim  deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir,  lakin onu bütövlükdə idarə etmir.

Teizm - zəkaya və iradəyə malik, bütün maddi və mənəvi proseslərə möcüzəli təsir göstərən fövqəltəbii varlıq kimi Tanrının mövcudluğunu qəbul edən dini-fəlsəfi təlimdir. Daha dəqiq, kainatla Tanrı arasındakı əlaqəni aydınlaşdıran, mövcud kainatın yaranması və idarəsinə cavabdeh olan bir Tanrı anlayışını özündə əks etdirən, bu Tanrının müxtəlif yollarla din göndərdiyi fikrini müdafiə edən əqidədir. Bu yanaşmaya görə, Tanrı daima insanlarla əlaqə halındadır. Bu baxışları mənimsəmiş insanlara Teistdeyilir.

Aqnostisizm - tanrıların varlığının və ya yoxluğunun bilinə bilməyəcəyini nəzərdə tutan elmi-fəlsəfi cərəyan. Aqnostisizm 3 yerə ayırmaq olar: aqnostik ateistlər,aqnostik fideistlər və aqnostik olub irəli getməyənlər. Tarixin ən böyük aqnostiki E.Kant’ı aqnostik fideistlər qrupuna daxil etmək olar. Aqnostik fideistlər ağılla nə Tanrıya inana biləcəklərini nə də rədd edə biləcəklərindən ağlın qarışmadığı bir imana geniş yer ayrırlar və Tanrının varlığını qəbul edirlər.

Orta əsrlərdə İbn Sina kimi nəhəng mütəfəkkir Allahın zatını “var olmaq” hesab edərək, sanki Allah adını “var” adı ilə eyniləşdirdi. Belə olan halda var necə var olmaya bilərdi?! Bu görüş allahın mövcud olmamasına alternativ belə qoymurdu.

Oşo deyir ki, Tanrının movcudluğuna inanmıram, amma var olmadığını əminliklə bilirəm. Əgər dünya yaradıldısa o zaman təkamül ola bilməz. Təkamül yaradılışın davam etdiyi mənasına gəlir. Əgər təkamül imkansız olarsa o zaman yaşam bütün anlamını, gələcəyini itirər.

A.Eynşteynə görə Tanrı anlayışı fərqli idi. Bunu daha aydın izah etmək üçün A.Eynşteynə   yazılmış məktuba  alimin verdiyi cavabdan istifadə etmək olar. 1936-cı ildə Nyu-Yorkda altıncı sinifdə oxuyan bir qız A.Eynşteynin şəxsən  özünə məktub yazmışdır.

A. Eynşteyn həmin məktuba cavabı:

Alimlər bütün hadisələrin və hətta insanların fəaliyyətlərinin təbiətin qanunları sayəsində baş verdiklərini hesab edirlər. Bu səbəbdən hər hansı bir alim hadisələrin gedişatına duaların təsir edəcəyini düşünmür. Buna baxmayaraq etiraf etməliyik ki, bizim fövqəltəbii güclər haqqında biliklərimiz bəsitdir. Buna görə həyatımızın sonu və vahid ruh haqqında inanclarımız imana əsaslanır. Elmin müasir inkişafına baxmayaraq, bu inanclar bütün dünyada geniş yayılıb.

Bundan savayı, elmin dərinliklərinə varan hər bir şəxs fövqəltəbii bir ruhun, insan ruhundan dəfələrlə güclü bir ruhun bəşəriyyətin qanunlarını idarə etdiyinə əmin olur.

Beləliklə, elm ilə məşğul olmaq insanda digər sadəlövh dini hisslərdən fərqlənən xüsusi bir növ dini hissin yaranmasına gətirib çıxarır.

Allahın ağılla isbat edilməsi orta əsr təfəkkürünə xasdır. Allah isbatı  ilə islamda mütəkəllimlər adı verilən İbn Sina, Əbu Hamid Qazzali kimi ilahiyyatçılar, xristinalıqda isə Anselm, Foma Akvinski  kimi teoloqlar məşğul olublar. Orta əsrdə Allahın isbatı dedikdə , Allahın Aristotel məntiqi ilə isbatını nəzərdə tuturdular .Bu elmi axtarış özünü doğrultmurdu. Çünki Tanrının varlığını elmi cəhətdən isbat etməyə çalışanlar dinlərdə qeyd olunan tanrını axtarmağa çalışmışdılar.

Determinizmin ilk müdafiəçisi yunan filosofu Leukippus olmuşdur.O heç bir şeyin təsadüfən olmadığına və hər şeyin bir səbəbi olduğuna inanmışdı. Platon və Aristotel də bu  düşüncəni dəstəkləyib və azad iradəyə heç vaxt yer verməmişdilər. Kilsənində qəbul etdiyi bu fikir əslində onların xeyrinə idi. Əgər insanın azad iradəsi varsa, o zaman dünyadakı pisliklərə Tanrı məsuliyyət daşımamalı idi. Azad iradəyə sahib olmağımız düşüncəsi illərlə hökm sürdü ta ki, Nyuton və elmdəki inkişaflar determinizmə geri dönənə qədər. On doqquzuncu yüz ildə görkəmli riyaziyyatçılardan biri Pyer Simon Laplas kainatın təməl qanunlara itaət etdiyini müşahidə etdi. Ona görə biz qanunları və kainatdakı hər cismin vəziyyətini, sürətini, doğrultusunu bilsək  onun keçmişini və gələcəyini bilərik ancaq bu elementlər öncədən təyin edilmiş isə. Bu da Laplas’ın şeytanı olaraq adlandırıldı: hər şey qabaqcadan müəyyən olunmuşdur. Bundan başqa azad iradə anlayışını elmi cəhətdən dar bir çərçivəyə salan Xaos nəzəriyyəsinin qısaca xülasəsində deyilir-  baş verən hər şey nizamın bir parçasıdır.Kainatdakı hər şeyi bir super kompyuterə yazsaq o zaman keçmişi və gələcəyi bilərdik. Laplas’ın şeytanı tətbiq edilərdi.( Bu mövzuyla bağlı Predestination filmini izləməyiniz məsləhətdir.)

Eynşteyn bu baxışı qəbul etdi və nisbilik nəzəriyyəsini də kainatın müəyyən etdiyi üzərinə qurdu. Kvant fizikası ortaya çıxanda isə məsələ biraz qarışdı. Çünki bu nəzəriyyə müəyyən olmayan atomik bir dünyadan bəhs edirdi. Maddə, materialistlərin iddia etdikləri kimi mütləq və sonsuz deyil. Maddə əzəli və ya əbədi olmadığı kimi ətrafımızda gördüyümüz varlıqlar da yalnız bir atom yığını deyillər. Kvant fizikasına görə maddə, materialistlərin heç hesaba qatmadığı ölçülər içində xüsusiyyət dəyişdirmiş və maddənin təməlinin yalnız bir enerji şəkli olduğu elmi cəhətdən sübut edilmişdir. 1927-ci ildə Heisenberg kvant müəyyən edilməzliyini ortaya qoydu və mikro parçanın yerini və sürətini eyni anda bilinməsinin mümkün olmadığını isbat etdi. “Böyük obyektlər  müəyyən, balaca obyektlər isə qeyri-müəyyən hərəkət edər”. Burada incə bir məqam vardır. Heisenberg müşahidəçinin varlığı üzərinə hissəciyin sürət vəziyyətini dəqiq olaraq bilinməyəcəyini düşünərək yola çıxdı. Qeyri-müəyyənlik qanunu  heç bir zaman mikro hissəciyin bəlirlənəməz olduğunı demədi. Əksinə davranışları, müşahidəçi müşahidə olunan hissəciklərə müdaxilə etdiyi  üçün bəlirlənməz dedi.

Newspaper Headline Announcing Death of Albert EinsteinƏgər elektron keçmək üçün  iki deşikdən birini seçmək məcburiyyətində qalsa soldakına getmə ehtimalı 50%, sağdakına getmə ehtimalı da 50%-dir. Amma Nils Bor elektronların iki deşikdən  də eyni anda keçə biləcəyini deyərək işləri qarmaşıq hala saldı. Nəzəri olaraq bu mümükün olsa da təcrübədə özünü doğrultmadı. Ervin Şrödinger yaratdığı paradoksal  vəziyyət təcrübənin mənfi olduğunu göstərdi. (Bunun daha aydın izah olunması tam olmasa da “The Prestige” filmində görünür.)

Kainatda hər şeyi doğulur və ölür. Yəni hər şeyin bir başlanğıcı olduğu kimi sonu da var. Öldükdən sonra doğulmazdan əvvəl hiss etdiklərmizimi hiss edərikmi? Yəni heç nəyi. Bu mütləqdirmi, müəmmalıdır. İnsanlar öldükdən sonra bu sirli və mürəkkəb suala cavab tapacaqlarına daim ümid edirlər. Elə isə ölüm nədir? İnsan öldükdə bədəninə oksigen getmədikdə yaddaş hüceyrələri də ölür. O zaman ruh insanın həyatı boyu yaşadıqlarını necə xatırlaya bilər? Əgər ruh atomlardan əmələ gəlmirsə yaddaş hüceyrələrinə sahib olması da mümkün deyil.

Əhdi-Ətiqə görə tanrı kainatı işıq partlaması ilə yaratdı. Yəhudi, Xristian və İslam inancı bu açıqlamanı qəbul etsə də elm bunu ciddi şəkildə sorğulamışdır.

Rudolf Klauzius kəşfi olan Termodinamikanın ikinci qanunu entropinin kainatın hər yerində olduğunu isbat etdi. Bundan isə  “hər şey yaşlanır” nəticəsini almaq olur. İlk olaraq obyektlər yaşlanırsa bir nöqtədə ölməkləri qaçılmazdır. Bu entopi maksimum olduğunda olur. Hər şey yaşlanırsa hər şeyin gənc olduğu bir zamanda olmağı gərəkdir. Rudolf Klauzius kainatın doğduğunu isbat etmişdi. 1920-də Edvin Hubble Samanyolunun kənarında da qalaktikaların olduğunu dedi.Yaydıqları işığın spektorunu ölçdükdə isə  hamısının bizdən uzaqlaşmaqda olduğunu gördü. Uzaqda olan daha tez uzaqlaşırdı. Kainat davamlı olaraq genişləyirdi. Kainatın genişləməsi entropinin artmasına çıxarırdı bu isə işığın yavaş-yavaş itməyə başladığını və bu vəziyətin istilik hər yerdə bərabər  olub kainatı donmuş bir qalaktika məzarlığına çevirənə kimi davam edəcəkdi. Yəni Big Freeze.

Albert Eynşteyn Tanrını dini kitablarda  axtarmağa başladı. İncil kainatın 6 gündə yaradıldığını deyirdi. Buna inanması elmi cəhətdən mümkün deyildi. Eynşteyn’in müqəddəs  bir varlığa deyil heyranlıq oyandıran bir ahəngə inanırdı. Təxmini üç min il öncə ibranicə yazılmış “Məzmurlar” kitabının 90-cı ayəsində  belə bir cümlə ilə rastlaşır. “Min il sənin üçün, keçən bir gün olacaq” bu əslində ona nisbilik nəzəriyyəsini  xatırladırdı. Zaman nisbi anlayış idi. İki ekizdən biri raketlə dünyanı tərk edib kosmosa gedəcək və 1 ay sonra kosmosdan gələndə ekiz qardaşının yaşlı adam olmağını görəcəkdi. Kosmik gəmidə keçən bir ay dünyada 50 ilə bərabər olmuşdu. Nsibilik nəzəriyyəsini ələ alaraq İncildə bəhs olunan 6 günlük yaradılışın bir gününün dünyadakı bir günə bərabər olmadığını anladı. Nisbilik nəzəriyyəsinə görə cismin kütləsi nə qədər böyükdürsə səthində də zaman o qədər yavaş axar. 1948-ci ildə Böyük partlayış ilə bağlı edilmiş  bir təxminə görə kainat yarandığı zaman işıq mövcud idi. Hər işıq dalğası bir andır. Dünyaya çatan dalğalar, dünyadan yayılan dalğalarla müqayisədə 2.12 hissə  genişdir. Bu isə o deməkdir ki, dünyadakı hər milyon saniyədə günəş 2,12 saniyə itirir. Əsas sual isə əgər günəş dünya ilə müqayisədə 2-dən daha çox saniyə itirisə çox daha böyük kütləli olan kainat nə qədər zaman itirmişdir. Maddə ayrıdıqca çəkim gücü zəifləyirdi zaman isə sürətlənirdi. İncildə keçən ilk 2 gün 8 milyard il, ikinci 4 milyard, üçüncü iki milyard, dördüncü bir milyard, beşinci 500 milyon, altıncı iki yüz əlli milyon il edirdi. Cəmi 15 milyard il. Bu inanılmaz idi. NASA-nın apardığı araşdırmada kainatın 14 milyard yaşı olduğunu bilinmişdir. A. Eynşteyn üçün bu bir təsadüf olsada o İncildə sözü keçən bütün zamanları yenidən araşdırmağa başladı. Dünya üzərində suyun yaranması, ilk canlıların yaranması bunların hamısı İncildə qeyd olunan zamanla uyuşurdu. İncildəki Tanrını məntiqsiz olaraq qəbul edən   A. Eynşteyn  üçün İncili səmavi kitab kimi qəbul etməsə də kitabda qeyd olunanlar düşüncələrində boşluq yaratmışdı. (“İnterstellar” filmində nisbilik nəzəriyyəsi haqqında bəhs edilir.)

E mcEnerji bərabərdir  kütlə vurulsun işıq sürətinin kvadratı. Enerji və kütlənin bir medalın iki üzü olaraq düşünsək, bu birinin digəri ola bilməsinə gətirib çıxarır. Daha aydın desək enerji maddəyə,  maddə də enerjiyə çevrilə bilir. Bir obyekt işıq sürətinə yaxınlaşdıqda zaman məhdudiyyəti yaranır və obyektin kütləsi böyüyür. Bu vəziyyətdə hərəkətin enerjisi kütləyə çevrilir. İsveçrədə CERN hissəcik sürətləndiricisində elektrornları o qədər sürətləndirdilər ki, kütlələri qırx min dəfə artdı. Toqquşmalardan sonra protonların buraxdığı izlərin şəkilləri belə var. Heç bir obyektin işıq sürətində hərəkət etməməsinin səbəbi budur. Əgər edərsə kütlə sonsuz böyüyər və bu da hərəkət edə bilməsi üçün sosnsuz enerji deməkdir. İşıq sürəti fotondan ibarətdir. Fotonların  kütləsi yoxdur onlar sadəcə enerji vəziyyətindədir və zamana axışından təsirlənməzlər. Bir fotonun baxış bucağına görə, kainat eyni anda doğular. böyüyər və ölər.

Böyük partlama təsadüfi və nəzarətsiz olsa idi, kainatın maksimum entropidə və xaotik bir vəziyyətdə qalma ehtimalı çox olardı. Əgər Böyük partlayış zamanı sərbəst qalan enerji çox az miqdarda  daha az olsaydı maddə büzülərək bir qara deşiyə dönərdi.   Digər bir tərəfdən  dolayı anti-maddədən biraz daha çox miqdarda maddə yaranmağa başladı.Hər 10 milyard anti-maddə üçün on milyard  üstəgəl bir maddə meydana gəldi.

10,000,000,000 anti-particle

10,000,000,001 particle

Həyatın movcud olması üçün şərt olan hidrogenin heliuma çevrilməsi   üçün kütləsinin yeddi  mində biri enerjiyə çevrilməlidir. Daha az olarsa dəyişiklik  olmaz və kainat sadəcə hidrogendən ibarət olar. Daha çox olarsa kainatdakı bütün hidrogen dərhal tükənər. Həyatın movcud olması üçün dəyişiklik (0,006-0,008) bu aralıqda olmalı idi.

Karbonun ortaya çıxması üçün radiokativ berilium,heliumun nüvəsini udması lazımdır. Bu çox qısa zaman anında baş verir. Bu prosesdə isə berilium heliumu tapmaq, çarpışmaq və udmaq məcburiyyətindədir.

0,0000000000000001 second

Elm adamları kainatın kürə şəklində ola biləcəyinə inanırlar,sonlu amma sərhədsiz. Davamlı olaraq eyni yönə getsək gəldiyimiz yerə dönəcəyik. Kainatın yaradılışında zəkanın olduğu mütləqdir. A. Eynşteyn’in  ömrünün son illərində böyük əziyyətlə kəşf etdiyi sirri illər öncə Hindular qeyd etmişdi.Hindular kainatdakı hər şeyin, kainatın özünün belə tsiklik içində olduğuna inanırdılar. Buna Brahmanın gecəsi və gündüzü  deyirlər. Tanrı hər şeydir. Sanki Tanrı bizim bədənimiz, bizdə onun bədənindəki neyronlarıyıq. Neyronlarımızı düşünün, şüurlu bir bədənin parçası olduqlarını bilməsi imkansızdır. Hər biri bədəndən ayrı olduğuna,bir əlaqəmiz olmadığına, azad fərd olduqlarına inanırlar.

İnsanlıq Süni intellekt yaratmaq üçün yaradıldı. Kompyuterlər. Bir neçə əsr içində kompyuterlər insanlardan daha ağıllı olacaq. Turing testinində dediyi kimi şüur sahibi olacaqlar.Universal istehsalçılar hər şeyi edə bilən cihazlardır. NASA artıq bir neçə 10 il ərzində bu cihazları yaratmağın mümkün olduğunu qeyd edir. Bu cihazlar mədəniyyətimizi sığorta edəcək. Təbiət ağılı ancaq karbon atomu və ya şam dediyimiz kompleks təşkilatların da daxil olduğu müəyyən vəziyyətlərdə edə bilir. İnsanlar olaraq slikon kimi digər atomları istifadə edərək bəzi yaşam formaları yaradırıq. Universal istehsalçıların qalaktikaya edəcəkləri şey kompyuter sxemlərinin içində süni intellekt olacaq. Bioloji həyat milyonlarca il sonra sona yetəcək. Süni intellektin enerjiyə ehtiyacı olacaq bu enerjinin də ulduzlardan gəlməsinə ehtiyac yoxdur. Atomun nüvəsində güclü qüvvətdən istifadə edə bilər. Böyük çöküşlə universal kompyuterlərdə ortadan qalxacaq amma bu zaman zərfində yeni bir kainatda ortaya çıxmağı reallaşdıracaq düsturu hazırlaycaq.

Xəyal gücü hər şeydir. Məlumatdan daha dəyərlidir.Xəyal gücünüz gələcəyinizi müəyyənləşdirər. – Albert Eynşteyn

 

Die Gottesformel (Tanrının Formülü)Albert Eynşteyn Tanrının varlığını  İncilə istinad edərək  isbat etdi. Formül (İşıq olsun)

1965-ci ildə Amerikalı elm adamı New Jersey’də bir xəbərləşmə çanağını test edərkən təsadüfən Böyük Partlayışa  aid olduğu düşünülən və Eynşteynin  kainatın yaşını  hesablamaqda istifadə etdiyi ilk işığı tapdılar. Bu fakt kosmik mikrodalğa arxa plan radiasiyası olaraq bilinir və bizə mikrodalğa şəklində çatan kainat tərəfindən yayılmış ilk işığın qeydidir .Bir növ Böyük partlayışın  əks-sədasıdır amma eyni zamanda kosmik bir saat kimidə fəalliyət göstərər. Televizorda yayım olmayan bir kanal açıldıqda ortaya çıxan görüntü və səsin  yüzdə biri CMB radiyasiyasından gəlir.

Albert Eynşteyn “Tanrı zər atmaz ” deyərək təsadüflərin yalnız məlumat və idrak əskikliyinə söykənən olduğunu, görünən inamsızlığın ardında qətiliklə qanunlara bağlı, elmin hələ kəşf etmədiyi bir nizam olduğunu müdafiə etmişdir.

Təsadüfi sandığın hadisələr hələ qaynağını açıqlaya ağla və məlumata çata bilmədiyi üçün səbəbiyyət zəncirini müəyyən edə bilmədiyin hadisələrdir .

 

İstifadə olunan mənbələr:

  1. Ağalar Məmmədov-Aşma
  2. Caner Taslaman-Big Bang və Tanrı
  3. Jose Rodrigues Dos Santos -Tanrının Formülü
  4. Oşo-Bilinmeyeni Kabullenmek
  5. Wikipedia

Yazını 18 aprel 1955 –ci ildə vəfat edən Albert Eynşteynin 60-cı anım günü üçün yazmışam. Bəşəriyyətin mənə görə gördüyü ən böyük dəyəri olan vəfat etdiyi gün dünya ən böyük dəyərini itirdi.

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10