“Tanrının hekayəsi” təqdim olunacaq

101 Baxış

gunay

Avqustun 11-i, saat 17:00-da Kitabevim.az kitab marketində Günay Səma Şirvanın “Tanrının hekayəsi” adlı kitabının təqdimat mərasimi keçiriləcək.

Kitabda şairin müxtəlif illərdə qələmə aldığı şeirləri toplanıb.
Oxucular kitabda müəllifin insan – insan, təbiət – insan münasibətlərinə özünəməxsus fəlsəfi baxışları ilə tanış olacaqlar.

Qeyd edək ki, “Tanrının hekayəsi” şeirlər toplusu müəllifin sayca ikinci kitabıdır. O, 2013-cü ildə “Ayrılan yolların nəğməsi” adlı kitabı işıq üzü görüb.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10