Tanrının ölümü – Fridrix Nitsşe

59 Baxış

Dünən, 12:08 
“Bəs əgər kilsələr Tanrının məzarı, türbəsi deyilsə, onda nə olacaq?”
Dan yeri sökülməmiş fənər yandırıb bazar meydanına qaçaraq dayanmadan “Tanrını axtarıram! Tanrını axtarıram!” deyə qışqıran dəli adam barəsində nəsə duydunuzmu? Ətrafında olan, Tanrıya inanmayan çox insan kimi o da təhrikedici qəhqəhə ilə gülürdü. Qəfil biri dedi ki: “O, yəni Tanrı itib?” “Bəlkə o, uşaq kimi yolunu itirib?”, – digəri soruşdu. “Yoxsa o gizlənib?  Bəlkə bizdən qorxur?! Bəlkə səfərə çıxıb?”, – onlar beləcə dayanmadan qışqırdılar, güldülər…

O dəli adam ortalıq yerdə tullanıb-düşür, ordakı adamlara öz gözləri ilə nüfuz edə bilirdi. “Tanrı hardadır?”, – o qışqırır, bağırırdı. 

“Sizə deyirəm. Biz onu öldürdük – sən və mən, hamımız. Biz hamımız onun qatilləriyik. Bəs axı biz bunu necə etdik?.. Dənizi necə sonuna qədər içə bildik? Axı kim bütün üfüqü silmək üçün bizə icazə verdi? Dünyanı günəşin zəncirlərindən qurtaranda nəyi əldə etmiş olduq? İndi hansı səmtə doğru gedirik? Bəs indi o, hara doğru gedir? Bütün günəşlərdən uzağa? Məgər davamlı olaraq tələsib, qaçan biz deyilik? Geriyə, yana, irəliyə, bütün istiqamətlərə… Hələ də ya yuxarıda, ya da aşağıdasınız? Yəni doğrudan da, sonsuzadək heç bir yola dönə bilməyəcəyik? Boş kainatın nəfəsini heç duymayacağıq? Heç vaxt soyuq olmayacaq? Dayanmadan gecə bizim üzərimizə düşməyəcəkmi? Səhərləri fənərlə, işıqla aydınlatmağa gərək yoxdurmu? Yəni, biz Tanrının qəbri qazılanda, o gömüləndə heç bir səs duymadıqmı? Doğrudan da, biz ilahi dağılmanın, çürümənin qoxusunu hiss etmədikmi?

Tanrının ölümü - Fridrix Nitsşe

Tanrılar da ayrıldı. Tanrı öldü. Tanrı ölü qalıb. Və biz onu öldürdük… 

Ən dəhşətli qatil olan bizlər özümüzə necə təsəlli verəcəyik? Dünyanın hələ də sahib ola bilmədiyi ən müqəddəs və ən güclü varlıq bıçaqlarımızın altında ölümə məhkum olundu: Bu qanı bizdən kim silib aparacaq? Hansı su bizi təmizləyə biləcək? Hansı kəfarət mərasimlərini, hansı müqəddəs oyunları icad etməliyik bundan qurtulmaq üçün? Bu əməlin böyüklüyü bizim üçün çox ağır deyilmi? Buna layiq olmaq üçün yalnızca Tanrı olmaq lazım deyildimi? Lap əvvəllər heç bir şey edilmədi; bizdən öncə kim doğulmuşdusa, bu işə xatir indiyə qədər olan bütün tarixdən daha üstün tarixçəyə aid olacaq.”

Öz yerində dayanan, qışqırıb, bağıran dəli sakitləşdi və yenidən öz dinləyicilərinə nəzər saldı; elə onlar da sakit idi və ona qorxu qarışıq təəccüblə baxırdılar. Nəhayət, əlindəki fənəri yerə atdı, fənər parçalara ayrıldı. O getdi. Və sonra dedi ki: “Mən çox tez gəlmişəm, mənim zamanım hələ gəlməyib. Bu böyük hadisə hələ ki yoldadır, hələ kimsənin qulağına bu xəbər çatmayıb. İldırım və şimşək zaman istəyir, ulduzların işığının gəlib bizə çatması zaman tələb edir. Ediləcək işlər, görüləcək şeylərə də vaxt lazımdır. Bu hadisə isə ən uzaq ulduzlardan belə daha uzaqdadır və yenə də onlar bunu özləri etdilər…
Eyni gün ərzində dəli bir neçə kilsəyə getdi və Tanrı üçün “Requiem aeternam deo” (Rekviem əbədi Tanrı) çalınmasını istədi. Onun yalnız bir şeyə cavab vermədiyi deyilir:

“Bəs əgər kilsələr Tanrının məzarı, türbəsi deyilsə, onda nə olacaq?”

Fridrix Nitsşe – “Şən elm” (The Gay Science)
İngilis dilindən tərcümə: Xuraman Məmmədova
Etatist.com
KÖŞƏ YAZARLARI
TOP 10