Tarix yaradanların tarixi sözləri

86 Baxış

4

Senet.az məşhur simaların tarixə yazılan sözlərini təqdim edir:

 

 

 

 

 

 

 

 

Bernard Şoula evlənmək istəyən bir xanım ona  “Dünyadakı ən yaxşı beyin sizdə, ən gözəl bədən də məndədir.Bizim uşağımız mükəmməl olacaq” deyib. Şounun cavabı isə belə olub: “Bəs beyni sənə, bədəni mənə oxşasa nə edəcəyik?”

2

 

 

Nüfuslu Astor ailəsinin nümayəndəsi, ABŞ elitasının siması Nansi Astor 1912-ci ildə İngiltərə baş naziri Çörçilin sarayında axşam yeməyinə dəvət olunur. Dəvət zamanı ingilis liderin sərxoşluğuna dözməyən Astor “Uinston, əgər mənim ərim olsaydın, qəhvənə zəhər töküb səni öldürərdim” deyib. Çörçil isə gülərək “Nansi sən də mənim arvadım olsaydın mən o kofeni içərdim” cavabını verib.

3

 

Sosialist partiyanın üzvü Bessie Braddok Çörçilin sərxoşkən etdiyi hərəkətlərə əsəbləşərək “Uinston çox sərxoşsan” deyə məzəmmət edib.  Çörçil isə təmkinini pozmadan “Düz deyirsən. Sən də çirkinsən. Mən sabah ayılacağam ancaq sən həmişəlik çirkin qalacaqsan” deyə bildirib.

4

 

 

Mahatma Qandi 1931-ci ildə İngiltərəyə səfəri zamanı “Qərb mədəniyyəti barəsində nə fikirləşirsiniz? soruşan müxbirə “Yaxşı bir fikir ola bilərdi” deyə cavab verib.

Gandhi In London

 

 

4 il 218 gün papalıq etmiş Papa 23. Con Vatikanda neçə nəfər işləyir sualına “Təxminən yarısı” deyə bildirib.

6

 

 

1882-ci ildə ABŞ sərhəd keçid mətnqəsində Oskar Ualyd ilə gömrük məmuru arasında maraqlı bir dialoq yaşanıb.  Geyim tərzi ilə insanları təəcübləndirən Ualyda məmur “Bildirmək istədiyiniz nəsə varmı?” sualına “Dühamdan başqa heç nə bildirmək istəmirəm” cavabını verib.

7

 

 

Benjamin Franklinə siz ruhun ölümsüzlüyünə inanırsınızmı? sualını veriblər. Franklin isə sualı belə qiymətləndirib: “Bu günə qədər bu məsələ barəsində fikirləşməmişəm, yəqin ki,  bundan sonra da fikirləşməyəcəyəm. Çünki qocayam, çox keçməz ki, heç bir əziyyət çəkmədən bu sualın cavabını taparam”.

9

 

 

Abraham Linkoln görünüşçə çirkin sayılırdı. Siyasi debat zamanı müxalifət nümayəndələrindən biri ona “Sən ikiüzlüsən” deyib. Linkolnin cavabı özünü çox gözlətməyib: “Əgər iki üzlü olsaydım, həmişə o biri üzümdən istifadə edərdim”.

10

 

 

Napaleon Bonapart İspaniya kralını taxtdan salmışdı. Kral ona “Siz pul için savaşırdınız. Biz isə heç olmasa şərəfimiz üçün mübarizə aparırdıq deyib”. Napaloen isə özünəməxsus tərdə cavab verib: “Düzdür kimin nəyə ehtiyacı varsa onun üçün vuruşar”.

Napoleon-I-Jacques_Louis-_David-resmi-1812

 

 

 

 

 

 

 

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10