Tarixdə rast gəlinən ilk ad

55 Baxış

eller

30.000 il bundan əvvəl yazı hələ icad edilməmişdi. İnsanlar müxtəlif şəkillər çəksələr də, öz adlarını divara yaza bilmirdilər. Bununla belə, onlar öz kimliklərini müasir dövrə qədər ötürə bilirdilər. İlk insanlar əllərini divara söykəyərək, qırağına toz sərpirdilər. Nəticədə əllərinin izi qayalıqlarda həkk olunurdu.
Ancaq yazı kəşf olunmadığı üçün onlar haqqında heç bir məlumat əldə etmək mümkün deyil. Əslində, bu əl rəsmlərinin  hər biri bir adı, bir tarixi özündə daşıyır. Ancaq onları oxumaq, bu insanları tanımaq imkanımız yoxdur. Neolit dövründəki rəsmlərə əsasən onların ovçu-toplayıcı olduqlarını bilirik. Onları adətən kütləvi şəkildə xatırlayırıq. Ancaq heç birinin adını dəqiq bilmirik.

Eramızdan əvvəl 3200-cü ildə Mesopotomiyada ilk yazı meydana çıxır. Bundan sonra insanlar fikirlərini yaza bilirlər.
Tarixdə ilk ada eramızdan əvvəl 33-cü əsrə aid yazılarda rast gəlinir. Orada “29.086 qab arpa 37 ay Kuşim” yazılıb. Bəs bu Kuşim kim idi? Adının ilk yazılarda olmağı, onun vacib biri olduğunu göstərir. Bu ya kral, ya şair ya da bir sərkərdə olmalıdır. Dəqiq bilinən odur ki, bu ad bir kişiyə aid idi. Çünki o dövrlərdə yazı yeni yarandığı üçün ondan ancaq kişilər istifadə edirdi.

Aparılan araşdırmalara əsasən, məlum olub ki, bütün təxminlərin əksinə olaraq bu ad bir mühasibatçıya aiddir. Oradakı yazı isə “29,086 qab arpa 37 ay ərzində təhvil götürüldü. İmza: Kuşim” kimi tərcümə olunur.

Bundan əvvəl isə tarixdəki ilk adın Qal-Sal-a olduğu bilinirdi. Çünki tapılan daşlarda “Qal-Sala aid iki qul” yazılmışdı. Həmin qulların adı da En-pap X və Sukkalgir idi.

Məlum olduğu kimi ilk adlar heç də krallara, sərkərdələrə aid deyildi. Bu adlar iqtisadiyyatla əlaqəsi olan adamlara aiddir. Yazı sənəti də elə bu vasitə ilə meydana çıxmışdı. Alış-veriş edən insanlar aldıqlarını və satdıqlarını, kimə nə qədər borclu olduqlarını bir yerə yazmaq ehtiyacı duyurdular. Nəticədə də yazı sənəti yarandı.

 

 

 

 

 

 

 

 

 

Bölmə : Tarix
KÖŞƏ YAZARLARI
TOP 10