Tarixi Muzeyində “Azərbaycan Səfəvilər dövləti” bölməsi yenidən qurulub

6 Baxış

1484239114765945278_1000x669

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Səfəvilər dövləti” bölməsinin yenidən qurulması üzrə işlər başa çatıb.

Muzeydən Senet.az-a bildiriblər ki, burada Səfəvilər sülaləsinin etnik mənşəyi, dövlətin yaranması, I Şah İsmayılın şəxsiyyəti və dövlət quruculuğu işləri, Səfəvilər dövlətinin inzibati quruluşu, iqtisadiyyatı, mədəniyyəti, silahlı qüvvələri, xarici siyasəti və s. haqqında məlumat panelləri, müvafiq tarixi eksponatlar, eləcə də müəllifləri Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, Böyükağa Mirzəzadə, Lüdviq Knit olan rəsm əsərləri qoyulub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10