Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Yeni il ərəfəsində ənənəvi olaraq uşaqlar üçün “Şam ağacını özün bəzə” adlı ustad dərsi təşkil olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, dərsdə iştirak edən uşaqlar öz əlləri ilə müxtəlif yeni il atributları – oyuncaqlar, çələnglər və hörüklər hazırlayıblar.
Daha sonra onlar muzey əməkdaşları tərəfindən hazırlanmış əyləncəli intellektual oyunlarda iştirak ediblər.
Sonda iştirakçılara muzey tərəfindən Yeni il hədiyyələri təqdim olunub.
Ustad dərsi COVID – 19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə keçirilib və sosial məsafəyə, sanitar-gigiyena qaydalarına əməl edilib.