Teatr rəhbərinin kitabı təqdim olunacaq

9 Baxış

intiqamsoltanMayın 4-ü, saat 17:00-da Kitabevim.az Mağazalar Şəbəkəsində Bakı Uşaq Teatrının bədii rəhbəri  İntiqam Soltanın “Və s. Və s. Və s.” kitabının təqdimat mərasimi keçiriləcək.

Tədbirdə KİV nümayəndələrinin, yazıçıların və müəllifin kolleqalarının iştirakı gözlənilir.

Kitabın redaktoru Arzu Soltandır.

Topluda İntiqam Soltanın əsasən cəmiyyətdə rast gəlinən nöqsanlara qarşı qırmanclayıcı münasibətini əks etdirən hekayələri, felyetonları, müşahidələri və s. yer alıb.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10