Teatr sənəti bu gün və sabah

15 Baxış

14919916463232538931_1000x669

Aprelin 15-də Azərbaycanda Fransa İnstitutunun və İnisiativ Kuratorlar Birliyinin dəstəyi ilə “YARAT Freestyle” layihəsi çərçivəsində “Teatr sənəti bu gün və sabah: teatr sənətinin aktual məsələlərinin müzakirəsi” adlı debat-müzakirələri təşkil ediləcək.

Senet.az xəbər verir ki, “YARAT” Müasir İncəsənət Mərkəzində baş tutacaq tədbir Azərbaycanın rəğbətli teatrşünas və teatr xadimlərinin iştirakı ilə teatrın günümüzdə cəmiyyətin həyatında rolu, həmçinin teatrın inkişafı barədə konstruktiv konsepsiyanın formalaşması məqsədi daşıyır.

Fransanın ölkəmizdəki səfirliyi tərəfindən Frankofoniya həftələri çərçivəsində Bakıya dəvət olunan, solo performans mövzusunda seminar keçən aktyor Feliks Libri də tədbir zamanı öz təcrübə və yanaşmasını bölüşəcək.

Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatılacağı tədbirin əlaqələndiricisi Könül Rəfiyevadır.

KÖŞƏ YAZARLARI
TOP 10