Teatr teatrşünasdan nə gözləyir

2 Baxış

Noyabrın 6-da Azərbaycan Dövlət Musiqili Teatrında “Teatr teatrşünasdan nə gözləyir” adlı seminar-mühazirə təşkil olunub.

Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir k, bir sıra teatr xadimlərinin də qatıldığı seminar-mühazirə Rusiyanın tanınmış teatrşünası Pavel Rudnevin rəhbərliyi ilə aparılıb.

Seminarda teatrlar üçün müasir dövrdə yaranmış problemlərin həlli yolları, dünyanın qabaqcıl teatrları arasında qarşılıqlı əməkdaşlıq prinsiplərinə ciddi əməl olunması, teatrlarda texniki imkanların yaradılması üçün həyata keçirilən işlər və digər mövzularda mühazirələr dinlənilib. Tədbirdə teatrların və teatrşünaslığın təbliği yönündə vacib addımların atılmasının zəruriliyi qeyd olunub. Bildirilib ki, sosial şəbəkələr və teatrlar arasında əlaqə yaratmaq hər iki tərəf üçün maraqlı olmalıdır. Teatrın təbliğində sosial şəbəkələrin imkanlarından geniş istifadə edilməlidir.

Daha sonra rusiyalı qonaq teatrşünasların suallarını cavablandırıb.

Bölmə : Bölməsiz