Teatrın aktyorları mükafatlandırılıblar

5 Baxış

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyorları – Anar Seyfullayev və Elgün Yəhyayev diploma layiq görülüblər. Diplom    Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkil etdiyi “Gənc həmkarlar ittifaqı lideri məktəbi” gənc işçilər üçün kompleks proqramı çərçivəsində təqdim edilib.

Teatrın mətbuat xidmətindən Senet.az saytına verilən məlumata əsasən proqram çərçivəsində aktyorlar “Bizim sizə ehtiyacımız var” layihəsi əsasında “AHİK-də ictimai reklam” blokuna müraciət edərək reklam çarxı hazırlayıblar. Çəkilən reklam çarxı çox böyük maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki,  “Gənc həmkarlar ittifaqı lideri məktəbi” kompleks proqramı cari ilin fevral ayından start götürərək bir neçə mərhələdən ibarət olub. Proqramın həyata keçirilməsində əsas məqsəd Həmkarlar İttifaqına üzvlüyün motivasiyasının yüksəldilməsi, həmkarlar ittifaqı təşkilatlarında gənclərin iş fəaliyyətinin canlandırılması, istedadlı gənclərin üzə çıxarılması və maraqlarının müdafiə edilməsidir.

Bölmə : Teatr