Teatrşünaslarımız Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının konqresində

3 Baxış

2cfdBeynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin sədri Məryəm Əlizadə və assosiasiyanın üzvü İsrafil İsrafilov Belqradda işgüzar səfərdədirlər.

Senet.az saytı AZƏRTAC-dan əldə etdiyi xəbərə əsasən teatrşünaslar Serbiyanın paytaxtında keçirilən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının 28-ci konqresində iştirak etmək üçün dəvət alıblar.

Oktyabrın 2-dək davam edəcək beynəlxalq tədbirdə 70-dən çox ölkədən teatrşünaslar iştirak edəcək.

Konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş teatrşünasların iştirakı ilə “Yenilik və Qlobal Teatr: Kommersiya və Mədəni tələbat arasında mövzusunda” beynəlxalq simpozium da keçiriləcək.

Bölmə : Konfrans