Tehran Mustafayevin “Biobiblioqrafik göstərici”si çıxıb

3 Baxış

hg

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Tehran Mustafayevin “Biobiblioqrafik göstərici”si nəşr olunub.

Senet.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasında çap olunan “Biobiblioqrafik göstərici” AMEA-nın müxbir üzvü Tehran Mustafayevin 60 illiyinə həsr edilib. “Biobiblioqrafik göstərici” AMEA Rəyasət Heyətinin 9 yanvar 2020-ci il tarixli qərarı ilə çap olunub.

“Biobiblioqrafik göstərici”nin elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylidir. İxtisas redaktoru Sevil Zülfüqarova, redaktoru dosent Şəhla Tahirqızı, tərtibçisi Afət Məmmədovadır.

“Biobiblioqrafik göstərici” filologiya elmləri doktoru Tehran Mustafayevin həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biblioqrafiyasını – kitab, məqalə və məruzələrini, həmçinin alim haqqında yazılmış mənbələri əks etdirir. 128 səhifədən ibarət olan kitab “Elm” nəşriyyatında işıq üzü görüb.

Bölmə : Ədəbiyyat