Tehranda “Yusif və Züleyxa” poeması çap olunub

8 Baxış

14944327652141844216_1000x669

İran İslam Respublikasının paytaxtı Tehranda XV əsr Azərbaycan şairi Əhmədi Təbrizinin “Yusif və Züleyxa” poeması çapdan çıxıb.

Kitab Türkiyənin Mərmərə Universitetində saxlanılan yeganə əlyazma nüsxəsi əsasında nəşr edilib.

İran alimi Firuz Rifahi Ələmdarinin nəşrə hazırladığı bu kitaba “Ön söz”ü Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov yazıb.

Akademiyadan Senet.az-a bildiriblər ki, P.Kərimov “Ön söz”də XV əsr Azərbaycan ədəbiyyatı, Ə.Təbrizinin əsərlərinin səciyyəvi xüsusiyyətləri, anadilli poeziyamızda “Yusif və Züleyxa” mövzusu barədə ətraflı söhbət açıb.

KÖŞƏ YAZARLARI
TOP 10