Aprelin 15-i əməkdar rəssam Telman Abdinovun fərdi sərgisi keçiriləcək. Senet.az xəbər verir ki, Telman Abdinovun 40 illik fəaliyyətinə həsr olan sərgi Rəssamlar İttifaqının sərgi qalereyasında baş tutacaq. Qeyd edək ki, Telman Abdinov 1954-cü ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Boya, qrafika janrlarında bir çox əsərləri var. Bir çox xarici ölkələrdə sərgiləri təşkil olunub. Yaradıcılığında portret və mənzərə janrı mühüm yer tutur.
“Müharibənin 44 günü” – Cəvahir Əsədova
04 Yanvar 2021 191 BaxışSenet.az oxucularına Cəvahir Əsədovanın "Müharibənin 44 günü" yazısını təqdim
Davamına bax