Tərcümə Mərkəzi tərcümə üzrə seçim turları təşkil edir

1 Baxış

tercume merkezi

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, yazılı, şifahi – ardıcıl tərcümə üzrə peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə Seçim Turlarının növbəti mərhələsinə start verib.

Tərcümə Mərkəzindən Senet.az-a bildirilib ki, turlar ingilis və digər dillər üzrə ictimai-siyasi, elmi sahələrdə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün (Şəxsiyyət vəsiqəsinin surəti, CV) qeyd olunan sənədlərin bu ilin 30 noyabr tarixinədək mərkəzin info@aztc.gov.az ünvanına göndərilməsi, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməsi xahiş olunur.

Turlarda iştirak ödənişlidir.

Bölmə : Ədəbiyyat