Terroristlərə məktub: “Siz mənim nifrətimə layiq deyilsiniz”

158 Baxış

anto

Noyabrın 13-ü Fransada baş verən terror hadisələri zamanı ölən 129 nəfərdən biri də Helene Leiris adlı ortayaşlı qadın idi. Onun həyat yoldaşı Antoine Leiris “facebook” sosial şəbəkəsindən terrorçulara məktub ünvanlayıb. “Siz mənim nifrətimə layiq deyilsiniz” – deyən Leirisin məktubu qısa müddət ərzində böyük marağa səbəb olub. Senet.az şəbəkə istifadəçiləri arasında populyarlıq qazanan məktubu sizə təqdim edir:

“Cümə axşamı çox gözəl bir insanın həyatını oğurladınız. O, həyatımın sevgisi, uşağımın anası idi. Ancaq nifrətimi qazana bilməyəcəksiniz. Kim olduğunuzu bilmirəm, bilmək də istəmirəm. Mənim üçün sizlər sadəcə olaraq ölü ruhlardan ibarətsiniz.  Hamımız uğruna insan öldürdüyünüz Tanrının surətiyiksə, həyat yoldaşımın bədənindəki hər güllə də Tanrının ürəyində yara açıb. Buna görə də sizə nifrətimi hədiyyə etməyəcəyəm. Çox güman ki, siz elə bunu istəyirdiniz. Amma baş verənlərə qəzəblə qarşılıq vermək, sizi bu hala gətirən cəhalətə boyun əymək deməkdir. Qorxmağımı, ətrafımdakı insanlara şübhə ilə baxmağımı istəyirsiniz? Təhlükəsizliyim üçün azadlığımdan əl çəkməyimi…

Uduzdunuz. Eyni oyun, eyni oyunçu. Uzun gecələr gözlədikdən sonra axırki, onu görə bildim. Cümə günü evdən çıxanda necə gözəl idisə, yenə də o qədər gözəl idi. 12 il əvvəl ona aşiq olduğum vaxtlardakı kimi gözəldi. Düzdür, çox böyük ağrılar çəkdim. Bu kiçik zövqü sizə verirəm. Amma bu kədərim uzun çəkməyək. Onun hər gün bizimlə olacağını, bir-birimizi azad ruhlar cənnətində qovuşacağımızı bilirəm. Sizin isə ora girməyə haqqınız olmayacaq. Artıq sadəcə iki nəfərik: oğlum və mən. Amma ikimiz dünyanın bütün ordularından da güclüyük. Nə isə, sizin üçün artıq vaxt sərf etmək istəmirəm. Yuxudan oyanan oğlum Mevilleye baxmalıyam. O, hələ 17 aylıqdı. Hər günki kimi birazdan yeməyini yeyəcək. Sonra yenidən çölə çıxıb oynayacayıq. Və bu kiçik uşaq hər gün azadlığı və xoşbəxtliyi ilə sizi təhqir edəcək. Çünki mənim olduğu kimi, onun da nifrətinə layiq deyilsiniz”.

 

 

 

helene

 

 

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10