Dünyanın ən nüfuzlu musiqi mükafatı sayılan “Qremmi” mükafatının 58-ci dəfə təqdimat mərasimi keçirilib. 83 kateqoriyada verilən “Qremmi” mükafatının təqdimat mərasimi Los-Ancelesdə Staples Centerdə təşkil edilib. Mükafatlandırma mərasimi bir çox maraqlı məqamlarla yadda qalıb.
Mərasimin açılışını ötən ilin bütün rekordlarını qıran ulduz müğənni Teylor Svift və Adel edib. Musiqi dünyasının “ən böyük gecəsi”ndə Kendrick Lamar, Justin Bieber, Ledi Qaqa, Con Ledjend və digər ulduzlar da səhnəyə çıxıb. Ledi Qaqa ifasını bir müddət əvvəl dünyasını dəyişən Devid Bouiyə həsr edib.
Ən yaxşı albom nominasiyasında populyar müğənni Teylor Svift “1989″ musiqi albomuna görə “Qremmi”yə layiq görülüb. Svift həmçinin ən yaxşı pop vocal albomu və ən yaxşı musiqi videosu mükafatlarını da qazanıb.
Amerikalı rep ifaçısı Kendrik Lamar “To pimp a Butterfly” albomu ilə 11 nominasiyadan 5-ni qazanaraq record nəticə əldə edib.
İlin Mahnısı mükafatını “Thinking Out Loud” ilə Ed Şiran, ən yaxşı yeni sənətçi mükafatını isə 1993-cü təvəllüdlü Meqan Traynor alıb. Traynor mükafat alarkən göz yaşlarına hakim ola bilməyib.
Qaliblərin əsas siyahısı:
İlin səsyazması: “Uptown Funk” – Bruno Mars və Mark Ronson
İlin albomu – “1989” – Teylor Svift
İlin mahnısı – “Thinking Out Loud” – Ed Şiran
İlin ən yeni ifaçısı– Meqan Treynor
İlin ən yaxşı R&B ifaçısı – “Earned It” – The Weeknd
Ən yaxşı R&B mahnısı: “Really Love” – Di Encelo və Vanguard
Ən yaxşı R&B albomu: “Black Messiah” – Di Encelo və Vanguard
Ən yaxşı müasir urban-albomu: “Beauty Behind the Madness” – The Weekend
Ən yaxşı müasir instrumental albom: “Sylva” – Snarky Puppy & Metropole Orkest
Latın-pop janrında ən yaxşı albom: “A Quien Quiera Escuchar” – Riki Martin
Ən yaxşı blüz albomu: “Born To Play Guitar” – Baddi Qay
Ən yaxşı folk-albom: “Bela Fleck And Abigail Washburn” – Bela Flek və Ebidal Uoşber
Ritm-blyuz üslubunda ən yaxşı ifa: “The Weekend” – Earned It
Ən yaxşı rep albom: “To Pimp a Butterfly” – Kendrik Lamar
Ən yaxşı rep mahnısı: “Alright” – Kendrik Lamar
Ən yaxşı rep ifası: “Alright” – Kendrik Lamar
Ən yaxşı musiqi videosu: “Bad Blood” – Teylor Svift və Kendrik Lamar
Film üçün yazılmış ən yaxşı mahnı: “Glory” – Con Lecend
Ən yaxşı musiqili film: “Emi”
Ən yaxşı rok-albomu: “Drones” – Muse
Ən yaxşı rok mahnısı: “Wanna dont Fight” – “Alabama Shakes”
Ən yaxşı vokal albom: “1989” – Teylor Svift
Ən yaxşı pop duet: Mark Ronson və Bruno Mars – Uptown Funk