“The Bad Seeds” qrupunun yaradıcısı vəfat etdi

0 Baxış

hg

“The Bad Seeds” qrupunun yaradıcısı Anita Leyn ömrünün 61-ci ilində dünyasını dəyişib.

Senet.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “The Rolling Stone” nəşri bildirib.

Anita Leyn 1960-cı ildə Melbrun şəhərində dünyaya göz açıb. 1977-ci ildə o, Nik Keyvlə tanış olub və tezliklə “The Boys Next Door” qrupunun üzvünə çevrilib. Qrup sonradan “The Birthday Party” adlanmağa başlayıb. 1984-cü ildə Leyn və Keyv “The Bad Seeds” qrupunu yaradıblar. Aktrisa orada bir müddət klavişli alətlərdə ifa edib.

Anita Leyn “From Her to Eternity” və “Stranger Than Kindness” mahnılarının həmmüəllifi sayılır. Sonradan o, solo karyerasına başlayaraq “Dirty Pearl” (1993) və “Sex O’Clock” (2001) albomlarını buraxıb.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10