“The Beatles” qrupunun əfsanəvi prodüseri vəfat edib

5 Baxış
George_Martin“The Beatles” qrupunun prodüseri, aranjmançı və bəstəkar Corc Martin 90 yaşında dünyasını dəyişib. Bu barədə xəbəri məşhur qrupun baraban ifaçısı Rinqo Starr yayıb.
Corc Martin öz dövrünün ən tanınmış prodüseri olub. O, uzun illər əfsanəvi “The Beatles” qrupu ilə, qrup dağıldıqdan sonra isə onun sabiq üzvləri ilə çalışıb.
Martin John Lennon, Paul McCartney, George Harrison ve Starrla birgə formalaşan “The Beatles”da “Beşinci Beatle” kimi tanınırdı.
Corc Martin məşhur “Yesterday” və “A Day in the Life” mahnılarının prodüseri olub.
Məşhur prodüser sonralar Silla Blək, Billi Kramer, “Mahavishnu Orchestra”, “America”, Ceff Blək, “Cheap Trick”, Ella Fitscerald, Sten Qets, Kenni Rocers, Neyl Sedaka, Cimmi Uebb, “Dire Straits”, Piter Qebriel, “Meat Loaf”, Karli Saymon, Selin Dion və Keyt Buşla da çalışıb.
Corc Martin 1996-cı ildə Britaniyanın İmperiya Ordeni ilə təltif edilib.
Beatles_and_George_Martin_in_studio_1966