TikTok, qumar oyunu, Bayden – El Roman yazır

4 Baxış

el roman

Dünyanın taleyi kimin əllərindədir? Düşündüyümüz qədər azadıqmı, yoxsa kimlərsə bizi idarə edir? Hər əməlimizdən xəbərdar, hətta atacağımız hər addımı bizim əvəzimizə öncədən planlayan qüvvə varmı?

Bu barədə “The Economist” jurnalının 2021-ci il sayının üz qabığı xeyli mesaj ötürür.

Jurnalın üz qapağında bir qumar oyununun mövzu olaraq seçildiyini görürük. Bildiyimiz kimi, slot maşınında oynamaq üçün əvvəlcə pul atılır, sağdakı qol çəkilir, ekrandakı simvollar dönməyə başlayır və orta qisimdə toplanan simvollar oyunun taleyini həll edir. Jurnalın üz qapağında talelər necə həll edilib, bizdən nələr demək istənilir, ona baxaq.

Bu dizayn bəzilərinə görə, təsadüfi də ola bilər. Amma tam əksinə, fikrimcə, bütün detallar qəsdən qabardılıb.

Slot ekranının 2-ci sırasının o biri 3 sıradan bir fərqi var. Diqqətlə baxsaq, görərik ki, ekrandakı bütün simvollar hərəkət halında olmasına baxmayaraq, 2-ci sıradakı simvollar tam dayanmış şəkildədir. Simvolların üstündəki bulanıqlığa diqqət etsək, slotun aşağıdan yuxarı doğru hərəkət etdiyini görə bilərik. Odur ki, biz də zaman ardıcılığını aşağıdan yuxarı təhlil edəcəyik.

2-ci sıradakı ikonların ən aşağısında TikTok mobil tətbiqetməsinin loqosunu görürük. Təsadüfi deyil ki, 2021-ci ilin əvvəllərində TikTok-dan istifadə Amerikada qadağan edildi və bu təcrübə sürətlə başqa ölkələrə də yayıldı.

Loqonun yuxarısında iki hissəyə parçalanmış Amerika bayrağını görürük. Bu isə 2021-ci ildə Amerikada keçirilən prezident seçkilərində fikir ayrılıqlarına görə insanların iki hissəyə parçalanmasına işarə edir. Parçalanma işarəsini yaxınlaşdırıb diqqətlə baxsaq, görərik ki, bu parçalanma elektrik işarəsi kimi təsvir olunub. Bu isə yaxın zamanda Amerikada iriçaplı elektrik kəsintisinin baş verəcəyinə işarə ola bilər. Hansı ki, bu hal tarixdə bir neçə dəfə baş verib, Günəş partlayışları nəticəsində Amerika qaranlıqlara qərq olub.

Birinci sırada, üstdə təsvir olunan ikondakı sima, Amerikanın yeni prezidentinə – məhz Baydenə aiddir. Baydenin şəkilinin üstündəki nüvə silahı ikonu isə ən narahatedici görüntüdür. Bu, yaxın gələcəkdə nüvə silahının törədə biləcəyi hər hansı fəlakətə göndərmə də ola bilər.

İndi isə hərəkət halında olan birinci sıradakı ikonları təhlil edək. Ən aşağıda göstərilən sual işarəsi, pandemiyanın hələ ilk dövrlərdə insanların beynində sual doğurduğunu, nə olduğunu tam olaraq bilməməsini göstərir. Bir sıradakı şəkilin isə maskalanmış insanlara göndərmə olduğu, pandemiyanın pik həddə çatdığı tam aydındır. Maskadan üstdəki ikon peyvəndi göstərir. Vaksinasiya prosesinə işarə edən bu detal, həm də bir mesaj ötürür. Peyvəndin içərisindəki mayenin yaşıl rəngdə olduğunu görürük. Yaşıl rəngin tibdə zəhəri simvolizə etdiyi hər kəsə məlumdur. Ondan sonra yenidən virus simvolunun göstərilməsi “virus vaksinasiyadan sonra da davam edəcəkmi?” sualını ağıla gətirir.

İndisə hərəkət halında olan 3-cü sıradakı ikonları aşağıdan yuxarıya doğru təhlil edək. Ən aşağıda Çin bayrağını görürük. Bu ikon Çinin dünyaya təsiri ilə bağlıdır. Hansı ki hər şey buradan başlanmışdı. Ardınca gələn simvol külək və təmiz çevrə ilə əlaqədardır. Pandemiya sonrası təbiətin nəfəs aldığını, yəni təmizləndiyini hamımız bilirik. Dollar işarəsinin isə bir sıra verildiyini görürük. Bunun səbəbi petrolun çox yaxın zamanda yerini elektrikə verməsini, nəticədə dolların öz dəyərini qismən də olsa itirməsini göstərmiş ola bilər.

Və son olaraq, 4-cü sıra. Bu sıradakı video işarəsi pandemiyanın nəticəsində təhsil və iş proseslərinin onlayn aparılmasını göz önünə gətirir.

Slot maşınının qoluna diqqət yetirsək, qolun Yer kürəsi ilə təsvir edildiyini aydın şəkildə görə bilərik. Bu isə təsadüfi deyil. Fikrimcə, ekranda çıxan və çıxacaq simgələr gələcəkdə dünyanın taleyinin həllində böyük pay sahibi olacaq, hər biri aparıcı rolda çıxış edəcək.

Bütün bunlar göstərir ki, dünyanın kukla teatrındakı kimi kiminsə əlindəki iplərlə idarə olunan kukladan heç bir fərqi yoxdur. Hər nə qədər azad və müstəqil olduğumuzu düşünsək belə, ağlımıza gəlməyəcək dərəcədə kimlərsə tərəfindən idarə olunduğumuz gerçəyindən qaça bilmərik…

El ROMAN
525.az

Bölmə : Manşet
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10