Tofiq Hacıyev son mənzilə yola salındı

151 Baxış

tofiq3Noyabrın 28-də respublikanın görkəmli dilçi alimi, Dilçilik İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli, akademik Tofiq Hacıyev son mənzilə yola salınıb.

AMEA-nın binasında keçirilən vida mərasimində  dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Matəm mitinqini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verdiyini bildirib. Mərasimdə Xalq Yazıçısı Anar, akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Türkiyənin Bilkənt Universitetinin bölgə proqramları departamentinin direktoru Rasim Özürək çıxış ediblər. Çıxışçılar Tofiq Hacıyevin Azərbaycan elminə verdiyi töhfədən söz açıblar.

Görkəmli alimin cənazəsi son mənzilə yola salınıb. Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

 

Bölmə : Sənət xəbər