Tokioda nanotexnologiyalar üzrə beynəlxalq konfrans keçiriləcək

63 Baxış

nano2016-cı il yanvarın 27-dən 29-dək Yaponiyanın paytaxtı Tokioda “Nano Tech 2016” nanotexnologiyalar üzrə beynəlxalq sərgi-konfrans keçiriləcək.

Sərgi 2002-ci ildən “Nano Bio Expo”, “Neo functional material”, “ASTEC” kimi tematik sərgilərlə birgə təşkil olunur. 2015-ci ildə tədbiri dünyanın 14 ölkəsindən 47 mindən çox mütəxəssis ziyarət edib. Sərgidə 567 şirkət iştirak edib. 2016-cı ildə isə burada 600 şirkətin təmsil olunacağı gözlənilir.

“Nano Tech 2016”da nanotexnologiyalar, ixtira və innovasiyalar, elektronika, informasiya texnologiyaları, tibbi avadanlıq, kosmik texnologiyalar və s. təqdim ediləcək. Həmçinin bu sahələr üzrə aparılmış elmi araşdırmaların nəticələri müzakirə olunacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10