Tovuzun payız günəşi
isti,parlaq
Qollarıma dustaq,
qəlbimə dustaq.
Xəyallarım isinir.
Fikirlərim dincəlir,dincəlir…
Meşələrin qaranlığı,
Dağların tənhalığı,
Çayların yuxusu
Bu günəşi gözləyir,gözləyir…
Bu günəş mənimdir.
Mənə gülümsəyir..
Gözlərimə,saçlarıma
söz deyir,söz deyir..
Tovuzun payız günəşi
insanları kimi saf..
Tovuzun payız günəşi,təkcə mənə bax
məni eşit, məni isit…
mənə nə var..
bizə nə var…
mən qonaq..
sən qonaq..
Sığalların kədərimi qovar,qovar.
Qarşıda Bakının küləkli qışı var…
( Tamara Heydərqızı)
“Nizami Gəncəvi irsi və gənclik” kitabı təqdim edildi
14 Fevral 2022 0 BaxışFevralın 12-də Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi və
Davamına bax