Kimi rəsmlərini akvarellə çəkir, kimi yağlı boya ilə. Başqaları isə sadə qələm və ya avtoqələmdən istifadə edir. Amerikalı rəssam Ellison Kortson isə əsərlərini yaratmaq üçün evindəki tozdan istiadə edir.
Toz onun rəsmləri üçün əsas materialdır. Hər dəfə evdə təmizlik işləri aparanda Ellison tozu xüsusi torbaya yığır. Bir rəsm əsəri üçün Ellisona mənzilinin bir aylıq tozu kifayət edir. Qeyd edək ki, Ellison tozdan rəsmin fonu üçün istifadə edir.
Diqqət çəkmək istədiyi obyektləri isə yağlı boya ilə boyayır. Rəsmlərdəki tozlar dağılmasın deyə, rəssam hər rəsmi bitirdikdən sonra onun üzərini şəffaf akrillə örtür.