“Traviata” operası Böyük Teatrda

14 Baxış

Без названия

Oktyabrın 23-24-də Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş etdiriləcək.

Senet.az teatrın saytına istinadla xəbər verir ki, oktyabrın 23-də səhnə əsərində Violetta Valeri obrazını Azərbaycanın Xalq Artisti Dinara Əliyeva (soprano) ifa edəcək.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015 və 2017-ci illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.