“Triest Foto Gənci 2021 Fotoqrafiya Müsabiqəsi” elan olunub

1 Baxış

hg

İtaliyanın Triest şəhərində yerləşən “dotART” mədəniyyət assosiasiyasının təşkilatçılığı ilə “Triest Foto Gənci 2021 Fotoqrafiya Müsabiqəsi” elan olunub.

AZƏRTAC xəbər verir ki, iştirakçılar özlərinə ən uyğun fotonu seçməkdə sərbəstdir. Küçə fotoqrafiyası, memarlıq fotoqraflığı və sosial reportajlara üstünlük verilir, eyni zamanda şəhər mühitinə orijinal və fərdi baxışlar ilə xarakterizə olunan keyfiyyətli fotolar da arzuolunandır.

Dörd yarımfinalçı finala qatılmaq üçün 3 gecə Triest şəhərində qonaq olacaq. Qalibə 500 Avro məbləğində Amazon kuponu veriləcək. Digər üç yarımfinalçı fəxri medallarla təltif ediləcək.

Əlavə məlumat almaq üçün https://young.triestephotodays.com/en/ ünvanına daxil ola bilərsiz.

Bölmə : İncəsənət