“Trubadur” operası Opera və Balet Teatrında

6 Baxış

operaa

Mayın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Senet.az-a verilən məlumata görə, tamaşada teatrın solistləri ilə yanaşı, qastrolçular da çıxış edəcəklər.

Əsas partiyalardan biri – Manriko partiyasını Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti, Özbəkistanın xalq artisti Ramiz Usmanov ifa edəcək.

Manhyem (Almaniya) Milli Opera Teatrında çalışan həmyerlimiz, xalq artisti Əvəz Abdullayev isə Qraf di Luna rolunu ifa etmək üçün dəvət olunub.

Leonora rolunda əməkdar artist Afaq Abbasova, Azuçena rolunda isə Nina Makarova çıxış edəcəklər.

Tamaşanın dirijoru əməkdar artist Əyyub Quliyevdir.

KÖŞƏ YAZARLARI
TOP 10