Tükənirəm – Rəşad Ağalarov  

12 Baxış

FB_IMG_1490384229049

 

Tükənirəm…

Gözlər dolu, ömür isə boş keçir…

Sanki mənim acığıma,

Bu payızda havalar da xoş keçir…

Addım-addım yeriyirəm,

Sənə gələn hər addımı mən sayıram.

Dizlərimin bağı qopub,

Əldə əsa, özüm isə axsayıram…

Çirklənmişəm…

Ayaqlarım dəyən yeri bulayıram…

Havaların xoş keçdiyi bu günlərdə,

Göz yaşımla torpaqları sulayıram…

Bəzən hədsiz darıxıram,

Bükülürəm, sıxılıram…

Xəyalını görən kimi,

Axsamçağı unudaraq bircə addım…

Bircə addım atıb sonra yıxılıram…

Köynəyimin sol cibinə,

Saçından bir tel salmışam.

Bəlkə o tel qəlbi dəlsin.

Və yaxud da hər vuruşda mənim qəlbim,

Saçlarını qoxlayaraq geri gəlsin.

Bəzən könül küsdü səndən,

Dözməyərək barışdırdım.

Niyə hava bu cür xoşdu?

Qocalmışam, bəlkə də, mən fəsilləri qarışdırdım.

 

 

Xoşbəxtlik

 

Gəzilir xoşbəxtlik hey qarış-qarış,

Tapılmır, gen dünya dönüb, olur dar.

Bir saat üzünün gülməyi üçün,

Bir ömür canını qurban deyən var.

 

Dərd tutur gözünü, çən düşür başa,

Kim bilir dərd çəkən eh… nə hal çəkir.

Adam var xoşbəxtlik dadmağı üçün,

Bir ana qəbrinə min sığal çəkir.

 

Kiminçün övladı böyük dərd verir,

Qəm yeyir,dərd dadır dili, damağı.

Başqa bir atayçün xoşbəxtlik verir,

Bir körpə uşağın qığıldamağı.

 

İnsan var, naləsi ucalır göyə,

Hönkürüb ürəyi göyə səs edir.

İnsan var, eşqindən uzaq ağlayır,

İnsan var, uzaqdan görmək bəs edir.

 

İstər sevincindən, istər kədərdən,

Dolub gözlərinə yaş təki axma!

Nədənsə bir kiçik xoşbəxtlik tapsan,

Sıx onu bağrına, heç vaxt buraxma.

 

 

Məktubun

 

Salam…

Sən gedəndən,

Darıxmışam sənin üçün,

Həyatımındüzənidə dönübdaha,

Ürəyimdə yandırdığıneşqulduzusönübdaha…

Bilirsənmi?

Qonşudakioazyaşlı uşaqlardagülürmənə,

“Həminxalahanı” deyib?

Salamgöndəriblərsənə…

Birdə, evimpishaldadı,

Tozdandüşürhəryerə iz,

Oboydaevdə nədənsə,

Bircə sənin şəklintəmiz.

Ənsevdiyimköynəyiminqolusökük,

Şalvarımındizləridə cırıq-cırıq.

Otaqdakı stullar da düşüb yerə,

Pəncərələr, güzgülərin qırıq-qırıq…

Zəifləyib ayaqlarım…

Çəkilmir həyatın yükü.

Bilirsənmi daha ağdır,

Saqqalımın hər bir tükü.

Düşüncələr silkələyir,

Sökülürəm, laxlayıram.

Təəccüblənmə, yadımdan çıxmışdı deyim,

Axı səndən sonra saqqal saxlayıram…

İçməyi də tərgitmişəm,

Zəhər kimi mədə dəlir.

İçmirəm ki, içən kimi,

Qulaqlara səsin gəlir.

Qış da çatır…

Yenə səndən bir xəbər yox qulağıma,

Sən gedəndə əsəbimdən sındırdığım pəncərədən,

Soyuq dolur otağıma.

Yox… Bunları bilmək sənə vacib deyil,

Sənin üçün çəkiləsi deyil nazım.

Bu dəfə də əzib bu məktubu gərək,

Bir ağ vərəq götürərək yenə yazım:

Salam…

Sən gedəndən,

Darıxmışam sənin üçün,

Həyatımın düzəni də dönüb daha,

Ürəyimdə yandırdığın eşq ulduzu sönüb daha…

 

 

Tanrım

 

Salam, Tanrım.

Mən öləndə muğayət ol bədənimdən,

Mənə sual vermə orda,

Keçmişimdən, dünənimdən.

Soruşmadan göndər məni cəhənnəmə,

Sevdiyimin adın da yaz,

Ya alnıma, ya sinəmə.

Hər etdiyim günahımçün,

Əzablar ver, kül et məni.

Əvvəl yandır saçlarımı,

Görməyim düşmüş hər dəni.

Mənim haqda soruşma heç mələklərdən,

İnan, onlar söz deməkçün yarışmazlar.

Bəlkə, şeytan deyər nəsə…

Mələklərsə utancından danışmazlar.

Bəlkə, mənə cəhənnəm də zəif gələr,

Göndər məni vəfasızların dağına.

Ya da məni cəza kimi sürünərək,

Göndər gedim sevdiyimin ayağına.

Bəlkə də, heç gülməməkçün sən ömrümə,

Göndərmisən dumanları.

Sənə sual versəm birdən,

Söylə harda gizlətmisən,

Görmədiyim xoş anları.

Bir də mənə başa sal ki bu dünyanın,

Dərinliyin, hər bir qatın.

Görürdün çəkirəm əzab,

Niyə axı dəyişmirdin,

Bu ömrümün gedişatın?

Tanrım, səndən xahiş edim,

Xoşbəxtliyi böldüyümü,

Xoş gününə güldüyümü,

Bir də mənim öldüyümü,

Bildirmərsən sevdiyimə.

Bircə girim yuxusuna,

Deyim ona “salamat qal”.

Sonra göndər Əzrayılı,

Bu əmanət canımı al.

 

 

KÖŞƏ YAZARLARI
TOP 10