Türk bəstəkarları Azərbaycan şairlərinin şeirlərinə musiqi bəstələyəcək

79 Baxış

musiqi

Azərbaycan Bəstəkarlar İttifaqı və Türkiyə Bəstəkarlar Cəmiyyəti birgə “6 bəstəkar və 6 şair” adlı  layihə üzərində çalışırlar.

Layihədə Azərbaycanın 6 bəstəkarı Türkiyənin seçilən 6 şairinin şeirinə, eyni zamanda türk bəstəkarları da Azərbaycanın 6 şairinin şeirinə musiqi bəstələyəcək.

Layihənin təqdimatı isə hər iki ölkədə keçiriləcək. Layihədə iştirak edəcək şair və bəstəkarların adları hələ tam məlum olmasa da, incəsənət xadimi Cəlal Abbasov layihədə türk şairi Nədim Uçarın “Kar tanesi” şeirinə bəstələdiyi musiqi əsəri ilə iştirak edəcək.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10