“Türk epos düşüncəsi yazılı abidələrdə”

80 Baxış

 adpu19-20 noyabr tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində “Kitabi-Dədə Qorqud” eposunun yazıya alınmasının 200 illiyinə həsr olunmuş “Türk epos düşüncəsi yazılı abidələrdə” mövzusunda elmi konfrans keçiriləcək.

Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaq:
Göytürk daş kitabələri və şifahi epik ənənə.
Kitabi Dədə Qorqud eposunun qaynaqları.
Türk eposunun tədqiqat predimetləri.
Koroğlu eposunun Avropa, Rusiya, Orta Asiya, Türkiyə, İran və Azərbaycanda nəşri və araşdırılması.
Dünya epos düşüncəsi və Türk dastanları.
Epos düşüncəsi və türk xalqlarının dili.
Epos düşüncəsi və mədəniyyət.
Türk eposu və yazılı ədəbiyyat.
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis.
İştirakla bağlı məlumat və məqalə CD elektron daşıyıcı vasitəsi ilə və yaxud elektron formada 8 noyabr 2015-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: dede_qorqud_adpu@mail.ru

Konfransın təqvimi:

Məqalələrin göndərilməsi üçün son tarix 8 noyabr 2015-ci il.
Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi
13 noyabr 2015-ci il.
Konfransın təntənəli açılış mərasimi 19 noyabr 2015-ci il.
Bölmə iclasları 19-20 noyabr 2015-ci il
Konfransın bağlanış mərasimi 20 noyabr 2015-ci il

Məqalənin tərtibi qaydaları:
1. Həcm: 5 səhifəyə qədər, format A4, ölçü 14, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.

2. Məqalə CD elektron daşıyıcı vasitəsi ilə və dede_qorqud_adpu@mail.ru adresinə elektron formatında göndərilə bilər.
3. Xülasə: ingilis dilində.
4. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2]və ya [2; 5; 8] və ya [2, 14-15] və ya [2, 17; 7, 233, 234].
Materialların strukturu:
1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə
2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
Təşkilat və şəhərin adı adi şriftlə

Təşkilati məsələlərlə bağlı suallarınızı və Məqaləni CD elektron daşıyıcı vasitəsi ilə bu ünvana göndərə bilərsiniz:
Azərbaycan Respublikası. Bakı şəhəri.
Səbayıl rayonu Üzeyir Hacıbəyov 68. AZ 1000. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Dədə Qorqud elmi-tədqiqat laboratoriyası, otaq 335.
Əlaqə telefonu: (012) 598 43 56
E-mail: dede_qorqud_adpu@mail.ru

 

 

 

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10