Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi IX Beynəlxalq Simpoziumu

44 Baxış

miras_logo_print

Növbəti Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi IX Beynəlxalq Simpoziumu – İncəsənət Sərgisi 2015-ci il 7-11 sentyabr tarixlərində İtaliyanın Verona şəhərində Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi (Türkiyə), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan) və Verona Universitetinin (İtaliya) birgə təşkilatçılığı ilə keçiriləcəkdir. Simpoziumun öncəki tədbirləri İspaniya, İtaliya, Azərbaycan və Türkiyə kimi ölkələrdə təşkil olunmuşdur.
Simpozimun əsas mövzuları Türk dünyasında mədəni irsin qorunması, araşdırılması, zəngin türk mədəniyyəti, incəsənəti, türk tarix və ədəbiyyatının dəyərləndirilməsi və türkdilli ölkələrdə incəsənət, mədəniyyət və arxeoloji turizmə diqqətin artırılmasıdır.
Simpozium mövzuları:
Türk incəsənəti, mədəniyyəti, ədəbiyyatı, folkloru, tarixi və mifologiyası
Memarlıq əsərlərinin qorunması və bərpa məsələləri
Arxeoloji araşdırmalar və qazıntı işləri.
Simpoziumda iştirak şərtləri:
- Tezislər 10.07.2015 tarixinə qədər, məqalələr isə 10.09.2015 tarixinə qədər göndərilməlidir. Qəbul haqqında məlumat 14.07.2015 tarixində elan olunacaq. Məqalələr türk, azərbaycan, ingilis və italyan dillərində təqdim oluna bilər. 250 sözdən ibarət ingilis dilində xülasə də daxil edilməlidir (Yazı qaydaları məqalələri qəbul edilmiş müəlliflərə bildiriləcəkdir).
- Poster üçün ölçülər 50×75 sm.
- Simpozium çərçivəsində “Türk İncəsənət Sərgisi” açılacaqdır. Sərgidə bir sənət əsəri ilə iştirak etmək mümkündür.
- Simpoziuma məruzə və ya rəsm əsəri ilə qatılanların qeydiyyat xərci (bura simpozium zamanı çay fasilələri, günorta yeməkləri, sərgi panelləri, nəşrlər, 2 zalda 3 dildə tərcümə, transfer, bələdçi, fotolar və s. daxildir) 300 euro-dur. Şəxsən qatılmayıb poster və ya əsər göndərənlər isə iştirak xərci kimi 80 euro ödəyəcəklər. İtaliyadan qatılanlar üçün iştirak xərci 80 eurodur.
- Azərbaycandan qatılanlar üçün iki simpozium paketi müəyyən edilib: 7-11 sentyabr və 7-14 sentyabr paketləri. 7-11 sentyabr paketinin qiyməti 750 euro (paketə 300 euro iştirak xərci, 3 gecə Verona, 1 gecə Milanda olmaqla 3 ulduzlu oteldə qalmaq, səhər, günorta və axşam yeməkləri, transferlər, Milan EXPO 2015 biletləri daxildir), 7-14 sentyabr paketinin qiyməti 1050 euro (paketə 300 euro iştirak xərci, 3 gecə Verona, 1 gecə Milan, 1 gecə Sirmione, 1 gecə Padova, 1 gecə Venesiyada olmaqla 3 ulduzlu oteldə qalmaq, səhər, günorta və axşam yeməkləri, Venesiya-Verona-Milan-Como-Sirmione-Padova-Venesiya transferləri, Milan EXPO 2015 biletləri daxildir). Təyyarə bileti, Viza və sığorta xərci daxil deyildir.
Azərbaycan və digər ölkələrdən qatılanlar üçün:
“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Bakı şəhəri, Əhməd Cavad 15, Şəhər Ticarət Mərkəzi 2-ci mərtəbə
E-mail: mirassymposium@gmail.com
Tel/fax: +994 12 408 92 25
 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10