Türk mifologiyasındakı Tanrılar

57 Baxış

tanriSenet.az türk mifologiyasında adı çəkilən Tanrıların siyahısını təqdim edir:

 

Birinci siyahı

 

 

 

 

 

Utkuuçi qurbanları Ülgenə çatdıran bir ruhdur. Adının hərfi tərcüməsi “gülər üzlə qarşılayan” mənasını verir.

1

 

 

Ayzıt (Ayısat) gözəllik simvoludur. Yunan mifologiyasındakı Afroditaya bənzəyir.Süd gölündən gətirdiyi damcını uşağın ağzına tökər və ona ruh verər. Uşaqları, qadınları, heyvanları qoruyar.

2

 

 

 

“Oğuz Xan” dastanında Ay Oğuzu doğan tanrı kimi qələmə verilir. Buna görə da Oğuz Tanrı oğlu kimi qəbul edilir. Qədim dövrlərdə tanrılar buynuzlu tac taxırdılar.

3

 

 

Əfsanəyə görə Oğuz XAN ova gedir. Bir gölün ortasında ağac və ağacın oyuğunda bir qız var imiş.  Qızın gözəlliyinə aşiq olanOğuz Xan onunla evlənir. Bu evlilikdən Göy, Dağ, Dəniz adlı üç oğlu olur.

Günlərin bir günü göydən mavi bir işıq düşür. Bu işıq günəşdən, Aydan daha parlaq idi. Oğuz Xan işığa yaxınlaşır və burada bir qız olduğunu görür. Bundan sonra onunla evlənir və Gün, Ay və Ulduz adlı üç oğlu olar.

4                                                                       5

 

 

Yakut mifologiyasına görə ilk insanı Ayıx Xan yaradıb. O, dünyanı idarə edir. Yaradıcı ruhların ən böyüklərindəndir. İnsanlara qabiliyyətləri və bacarıqları o verir. İlham qaynağıdır. Torpağın məhsuldar olmasını təmin edir. Qısaca yaradıcılıqla bağlı bütün ünsürlərin qaynağıdır. Bərəkət və heyvanların çoxalması onun istəyiylə olar. Igidləri ölümdən qurtarar, ölən qəhrəmanlara yenidən can verər. İnsanların və digər canlılardan məsuldur. Ürüng (ağ, saf, təmiz) olaraq təsvir edilər. 

6

 

 

Su pərisi suda yaşayırlar və insanların dostudurlar. Onların yaşadıqları sarayın girişi dənizin dərinliyindəki bir daşın altındadır.

7

 

 

Kubey Xatun Altay inanclarına görə doğum tanrısıdır. Bir çox mifologiyalarda yarı agac, yarı qadın kimi təsvir olunur.

8

 

 

 

Semrük-Bürküt ikibaşlı qartal kimi təsvir olunur. Günəşin simvoludur. Yenidən doğuşu, əbədi həyatı, ölümsüzlüyü, günəşin doğuşunu simvolizə edir. Atəşi, istiliyi və biçin mövsümünü xatırladar. Bürküt ölümsüzlüyün simvoludur. Yağış yağdırma gücünə malikdir. Bolluğu və bərəkəti təmsil edir.

9

 

 

İnancalara görə şamanlar dünyaya Qartal Ananın qollarında gəliblər. O, günəşin simvolu kimi təqdim olunur. Yaradıcı ana kimi çıxış edir.

10

 

 

Asena türk mifologiyasında xüsusi yeri olan dişi qurddur.

11

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət