“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

5 Baxış

15085779911530313773_1000x669

Türkoloq, mədəniyyətşünas İbrahim Qəfəsoğlunun “Türk Milli Kültürü” kitabı türkcədən Azərbaycan dilinə tərcümə edilib.

Senet.az  xəbər verir ki, nəşrin tərcüməçisi, publisist, ədəbiyyatşünas, professor, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Ramiz Əsgər kitabla bağlı dəyərli fikirlər söyləyib.

Bildirib ki, bu kitab türkologiyanın elmi təməli hesab edilə bilər.

R.Əsgərovun fikrincə hər millət maddi imkanları və mənəvi dəyərləri ilə bütöv bir mədəniyyətdir: “Əgər bir millət yaşayırsa, onun mədəniyyəti var və olacaq. Bu kitabda türk millətinin özəllikləri ilə seçilən türk mədəniyyəti araşdırılıb və mühafizə edilərək gələcək nəsillərə ötürülür. Kitab yeni nəsil tədqiqatçılara araşdırmalar aparmaq üçün böyük bir töhfədir”.

Professor bu əsəri türkoloji ensiklopediya adlandırıb.

KÖŞƏ YAZARLARI
TOP 10