“Türk-müsəlman soyqırımı – tarixi həqiqətlər, erməni soyqırımı – yalanlar” konfransı keçirilib

33 Baxış

120 aprel 2015-ci il tarixində C.Naxçıvanski adına Hərbi Liseydə “Türk-müsəlman soyqırımı – tarixi həqiqətlər, erməni soyqırımı – yalanlar” mövzusunda elmi-praktik konfrans keçirildi. Tədbiri giriş sözü ilə hərbi lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Rəhim Səmədov açdı.

Tədbir iştirakçıları bir dəqiqəlik sükutla ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlar nəticəsində qətlə yetirilmiş həmvətənlərimizin ruhunu yad etdilər, hərbi lisey orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Liseyin ana dili və ədəbiyyat müəllimi, fil.ü.f.d. Aynur Nəcəfova “Ermənilərin həqiqi kimliyi tarixi şəxsiyyətlərin gözü ilə”, “HƏDƏF” nəşrlər evinin direktoru, yazıçı-publisist Müşfiq Xan “Müasir nəşrlərdə Qarabağ həqiqətləri”, “Hədəf” kurslarının Nizami filialının direktoru, filoloq Məhəmməd Xankişiyev “Çağdaş Azərbaycan nəsrində erməni vəhşiliyi”, “Əsir düşərgəsi”ndən tanıdığınız musiqiçi Valeh Hüseynov “İçimdə bir sirr saxlayıram”, “Cəhənnəmdən gələn çığırtı” adlı silsilə hekayələrin müəllifi, peşəkar jurnalist Vüsalə Məmmədova və “Lent.az” informasiya agentliyinin baş direktoru Qabil Abbasoğlu “Ermənilərin ölüm düşərgəsi”  mövzusunda məruzələr etdilər.

Tədbirin sonunda konfrans iştirakçıları kursantların əl işlərindən ibarət Qarabağ mövzusunda sərgiyə tamaşa etdilər, qonaqlar müəllifi olduqları kitabları hərbi liseyin kitabxanasına hədiyyə etdilər.

 

KÖŞƏ YAZARLARI
TOP 10