“Türk-tatar dilinin ümumi qrammatikası” Azərbaycan dilində çap olunub

66 Baxış
144025

Dünya şöhrətli alim, rus şərqşünaslığının patriarxı, Kazan və Sankt-Peterburq Universitetlərinin ordinar professoru və Sankt-Peterburq Universitetində Şərq fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin məşhur “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri (1839, 1846) “Zərdabi LTD MMC” nəşriyyatında işıq üzü görüb.

Senet.az xəbər verir ki, Azərbaycan dilinin ilk elmi qrammatkası olan kitabın nəşrindən 178 il sonra onu rus dilindən Azərbaycan dilinə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri diliçilik” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov tərcümə edib. Üç hissə və 22 fəsildən ibarət 1000 səhifədən artıq olan bu nəhəng işin önəmi mütərcimin orijinal mətnin tərcüməsi ilə yanaşı kitaba öz tədqiq və şərhlərini də əlavə etməsidir. Bu məqsədlə prof. İ.Abbasov M.Kazımbəydən əvvəl və onun yaşadığı dövrdə rus, fransız, ingilis, ərəb, italyan, latın, ispan, alman və digər dillərdə yazılmış fundamental əsərləri müqayisəli tədqiqata cəlb edərək iri miqyaslı və sanballı tədqiqat işi aparıb.
Elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan və Azərbaycan dilçiliyində mühüm hadisə kimi qiymətləndirilən kitabın məsləhətçisi mərhum dilçi-alim, akademik Tofiq Hacıyev, elmi redaktoru əməkdar elm xadimi, akademik Nizami Cəfərov, redaktorları filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun müqayisəli-tarixi və tipoloji dilçilik ixtisası üzrə dissertantı Elnurə Abbasovadır.
KÖŞƏ YAZARLARI
TOP 10