“Türk xalqları ədəbiyyatının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

66 Baxış

akademiya

Oktyabr ayında Bakıda Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Türk xalqları ədəbiyyatının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə Senet.az-a institut direktorunun müavini, professor Məmməd Əliyev məlumat verib.

M.Əliyev bildirib ki, konfransın keçirilməsinin məqsədi son illər ədəbiyyat sahəsində aparılan elmi-tədqiqat işlərini, türkdilli xalqların ədəbiyyatları qarşısında duran problemlərin həlli yollarını müzakirə etmək, təcrübə mübadiləsi aparmaqdır. Üç günlük beynəlxalq tədbirdə Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələrdən alim və mütəxəssislər iştirak edəcəklər.

Konfransa alimlərin 70-dən çox məqalə və məruzəsi təqdim edilib.

Konfransın materialları kitab şəklində nəşr olunacaq.

 

 

KONFRANSIN MÖVZULARI :

• Türk xalqları folkloru: türk epos mədəniyyəti
• Ümumtürk qədim yazılı abidələr
• Türk xalqlarının klassik ədəbiyyatında dini-fəlsəfi cərəyanlar
• Türk xalqlarının Divan ədəbiyyatı
• Türk xalqlarının epik ədəbi janr yaradıcılığı (müqayisəli təhlil)
• Türk xalqları ədəbiyyatının araşdırılmasının elmi-nəzəri istiqamətləri
• Müasir dövrdə türk xalqları arasında ədəbi əlaqələr

Konfransın işçi dilləri:  Azərbaycan, türk, rus, ingilis

İştirakla bağlı məlumat və məqalə elektron formada 01 may 2015-cü ildən gec olmayaraq göndərilməlidir.

Konfransa məqalələri göndərə bilərsiniz: konfrans2015@mail.ru

KONFRANSIN TƏŞKILAT KOMITƏSININ ÜNVANI:

Azərbaycan Respublikası, Az-1143, Bakı şəhəri, Yasamal rayonu, Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ 1143, H.Cavid prospekti., 31, “Türk xalqları şöbəsi”

Konfransa məsul şəxs: təşkilat komitəsi

Əlaqə telefonu: mob: + 994 50 382 74 59; iş: + 994 12 538 41 80.

Konfransla bağlı bütün xərclər (yol, mehmanxana və s.) iştirakçıların özləri tərəfindən ödəniləcəkdir.

KONFRANSIN TƏQVIMI:

Məqalələrin göndərilməsi üçün son tarix: 01 may 2015-cü il

Qəbul edilən məqalələr haqqında məlumat verilməsi:  15 may 2015-cü ilə kqədər

Konfransın təntənəli açılış mərasimi: 23 oktyabr 2015-cü il

Bölmə iclasları:  23 -24 oktyabr 2015-cü il

Konfransın bağlanış mərasimi: 24 oktyabr 2015-cü il

FORMA 1. Məqalənin tərtibi qaydaları:

1. Həcm: 5-7 səhifəyə qədər, format A4, şrift: 14, Times New Roman, hər tərəf-dən 2,0 sm., 1,5 interval, abzas 1,25 sm. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
2. Məqalə qoşma məktub şəklində göndərilməlidir.
3. Xülasə: iki dildə (türk, rus və ya ingilis dillərində)
4. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

dəbiyyata istinadlar aşağıdakı kimi olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2,14-15] və ya [2,17; 7,233-234].

Materialların strukturu:

1. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
2. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi, e-mail və tel.
kursivlə
3. Təşkilat və şəhərin adı adi şriftlə

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10