Türk yazar Nobelə namizəd göstərildi

21 Baxış

nobelTədqiqatçı və yazıçı Aydın Türkgücü son kitabı “Qızıl məlumat çağı” ilə Nobel sülh mükafatına namizəd göstərilib.

Bu barədə İstanbul Texniki Universitetində çıxış edən professor Orxan Qayda deyib. Professorun sözlərinə görə, iki ay aparılan müzakirələrdən sonra təklif mükafat komissiyası tərəfindən qəbul edilib: “Bu, Nobel sülh mükafatı tarixində bir ilk olacaq.

Arzu edirik ki, bu kitab dünyada bir fərqlilik yaratsın. Müharibələr iki liderə Nobel sülh mükafatı verməklə sona çatmaz”.

Müəllif Aydın Türkgücü də jurnalistlərə verdiyi açıqlamasında bu məsələyə toxunub. Tədqiqatçının sözlərinə görə, mükafat “insanlararası sülhə” verilir: “İnsanların vahid sülhə xidmət edəcək gücü yoxdur. Tarix bizə bunu sübut edir. Biz də deyirik ki, artıq meyarlarda dəyişiklik edək. Heyvanlarla, təbiətlə və özümüzlə sülhə xidmət edən layihələrə mükafatlar verək.

Nobel mükafatı üçün namizədlik prosesinə başladıq. Final dekabr ayında olacaq və 5 nəfər açıqlanacaq. Qarşımızdakı komanda çox peşəkardır. “Qızıl məlumat çağı” haradan və nə üçün gəldiyimiz sualı yerinə praqmatik bir dəyişiklik edərək sualda nə üçün yaşadığımızı soruşaraq, kainatın yuxu aləmi və illüziya olduğunu sübut etmək istiqamətində ciddi addımlar atmaqdadır”

Kult.az

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10