Türkçülük gününə həsr olunmuş sərgi keçiriləcək

59 Baxış

tekdahiMayın 3-ü saat 15:00-da Kitabevim.az kitab mağazalar şəbəkəsində türkçülük günü ilə bağlı olaraq yazar Dilqəm Əhməd kitab sərgisi keçirəcək. Sərgidə Azərbaycan mühacirlərinə aid, eləcə də ölkəmizdə latın qrafikasının tətbiq olunduğu birinci dönəmə (1922-1938) aid kitablar sərgilənəcək. Sərgidə yazar kitablar haqqında tədbir iştirakçılarını məlumatlandıracaq.

Bu barədə Senet.az-a açıqlamasında Dilqəm Əhməd məlumat verib: “İlin əvvəlində iki məqalə kitabı çap etməyi düşünmüşdüm. İndiyə qədər Azərbaycan tarixinə, ədəbiyyatına dair yazdığım yazıların bir qismini toplayıb çap etmək istəyirdim. Artıq o kitablardan biri – “Tək Dahi” nəşr olunub, digər kitab olan “Fərqlilər” isə yaxın iki ay ərzində çap olunacaq. “Tək Dahi” kitabı 18 məqalədən ibarət olub, burada Jozef Fuşe, Mişel Monten, Knut Hamsun, Səməd Ağaoğlu kimi şəxslər barədə yazılar toplanıb. “Fərqlilər”də isə 24 yazı toplanıb ki, həmin kitabda ilk dəfə yayımlanacaq fotolar, sənədlər olacaq. Mayın 3-ü, türkçülük günü ilə bağlı Kitabevimdə sərgi keçirməyi qərara aldım. Sərgiyə gələn oxucular həm mənim şəxsi arxivimdə olan kitablara baxa biləcək, həm də indiyə qədər çıxan kitablarımı əldə edəcəklər. Onu da deyim ki, oxucular üçün xüsusi endirimli kitablar da satılacaq. Sərgilənən kitablar isə Azərbaycan mühacirlərinə aid 30-50-ci illərdə çap olunan kitablar, həmçinin Azərbaycanda ilk latın qrafikasında 1922-38-ci illərdə çıxan kitablar olacaq”.

Qeyd edək ki, sərgi ilə yanaşı eyni vaxtda Dilqəm Əhmədin imza günü də keçiriləcək. İştirakçılar “Tək dahi” və digər kitablara endirimli qiymətlərlə sahib ola biləcəklər.

KÖŞƏ YAZARLARI
TOP 10