“Türkiyə ədəbiyyatı antologiyası” təqdim olunacaq

8 Baxış

1496221606_unnamed-8-381x320

“Türkiyə ədəbiyyatı antologiyası” çap olunub

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) işıq üzü görüb.

XIX-XX əsr Türkiyə ədəbiyyatının mənzərəsini ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim edən kitabda əllidən çox tanınmış Türkiyə ədibinin əsərləri yer alır.

Antologiyanı dilimizə tərcüməçilər – Qəmər Alxanova, Kəmalə Ələkbərova və Sənan Nağı çeviriblər. Ön sözün müəllifi Etimad Başkeçid, redaktorlar – Yaşar Əliyev və Salam Sarvandır.

Kitab iyunun 5-də Bakı saay 11-00-da Yunus Emre İnstitutunda ictimaiyyətə təqdim olunacaq. 

KÖŞƏ YAZARLARI
TOP 10